Ümumi informasiya
TV monitor dayağı
Tədbirlər üçün TV ayaqları, stendlər icarəyə verilir. 42, 50, 65 düymlük TV monitorlar üçün nəzərdə tutulub. Sərgilərdə, konfranslarda, hibrid tədbirlərdə istifadə oluna bilər.
Məhsul Brendləri
Digər məhsullar
Duman maşını tədbir və musiqi performansı zamanı məkanda gözəl mühit və ambians yaratmaq üçün istifadə olunan avadanlıqdır. Korporativ tədbirlədə işıqlandırma tərtibatını daha da mükəmməlləşdirmək üçün istifadə olunur. Duman maşınları işıqların şüaları ilə sizə sehrli bir atmosfer yaratmaqda kömək edir.
Profil spotları, elips, lekosun bütün növləri. Hər bir tədbirdən sonra işıqlandırma avadanlığını təmizləyirik ki, növbəti tədbirə hazır olsun.
Tədbirinizdə çap etmək tələb olunursa çoxfunksiyalı rəngli printerləri təqdim edirik. Komandanız üçün müvəqqəti layihə ofisini və ya media mərkəzini yarada bilərik. Bu printerin ikisi və ya bir neçəsinin birdən çox kompüterə asanlıqla kabelsiz bağlana bilməsi üçün xüsusi şəbəkə yarada bilərik.
Simsiz baş mikrofonu təqdimat zamanı səhnədə əl və bədənin rahat hərəkət etməsi üçün idealdır. Spiker səhnədə tamaşaçı ilə fəal şəkildə müzakirə etdikdə kənar səsi tutmur. Sennheiser, AKG, BeyerDynamic, Mipro kimi dünya səviyyəli markaları təqdim edirik.
Səhnə döşəmənizin qara və ya ağ rəngdə mat olması lazımdırsa, səhnəyə banner (fleksiyalı) döşəmə sala bilərsiz. Biz 440 qr/m2 keyfiyyətli banerlərdən istifadə edirik. Banerləri sərdikdən sonra ehtiyac olarsa onları stepler ilə bərkidə bilərik.
Rəngli laserjet printer icarəsi. Bu printer kiçik və orta ölçülü tədbirlər üçün uyğunudur. Printer birdən çox kompüterə qoşula bilər.
Kiçik konfrans zalları üçün akustik sistem. 30-a qədər iştirakçısı olan kiçik konfrans zalları üçün idealdır. Sistemə səs mikserləri, səs gücləndiricisi, əl mikrofonu və ştativ üzərində 400 vatt dinamik daxildir. Texniki personal konfransdan bir gün əvvəl sistemi qurur və tədbir zamanı onu idarə edir.






