Şifahi tərcümə əsasən ardıcıl (consecutive), sinxron (simultaneous) və pıçıltı ilə (whispered, chuchotage) kimi növlərə ayrılır. Şifahi tərcümə işi aparan şəxsə Azərbaycan dilində dilmanc və ya tərcüman da deyilir.
Yazılı tərcümədə tərcüməçi kifayət qədər vaxt əldə edir, lakin şifahi tərcümədə vaxt tərcüməçini gözləmir, o mətni bir dəfə eşidir və tərcümə edir. Tərcüməçinin müxtəlif mənbələrə müraciət etmək imkanları yoxdur. Ona görədə tərcüməçi yalnız öz dil bilmə qabiliyyətinə və vərdişlərinə güvənə bilər.
İctimai, siyasi və iqtisadi əlaqələr inkişaf etdikcə dilmanclara daha çox ehtiyac duyulur. Ölkəmizdə tez tez keçirilən beynəlxalq tədbirlər, iş adamlarının gəlməsi bu peşənin mühümlüyünü artırır. Şirkətimiz sizə görüşləriniz, sərgiləriniz, təqdimat və digər tədbirləriniz üçün peşəkar dilmanclar təklif edir. Peşəkar əməkdaşlarımızın bu çətin tapşırığın öhdəsindən ləyaqətlə gələcəyini əminliklə deyə bilərik.
Tərcümə istiqamətləri:
Ardıcıl tərcümə
Sinxron tərcümə
Tərcümə avadanlığı
Hamısı>>
Bu cihaz Bosch masaüstü mikrofonlarının sayı 24-dən çox olduqda onları birləşdirmək və ya konfrans otağında uzun kabellər istifadə olunduqda tələb olunur. Cihazın içində dcn splitter var və buna görə də cihazı mikrofon kabellərinin istənilən yerinə birləşdirmək olur. Bu cihazdan böyük konfranslarda və ya uzun məsafədən ziqzaq formasında mikrofon kabelləşməsi tələb olunan "sinif otağı" tipli tədbirlərdə istifadə olunur.
Comments are closed