Saytların tərcüməsi
Saytların tərcüməsi internetin inkişafı və ticarətin qlobal inteqrasiya ilə hazırda ən populyar tərcümə növünə çevrilməkdədir. Demək olar, hər gün yeni şirkətlər açılır, yeni saytlar yaradılır. Şirkətlərin beynəlxalq bazara çıxma və ya öz məhsulunu xarici auditoriyaya satma istəyi saytın tərcüməsinə zərurət yaradır. Xarici müştəriləri cəlb etmək və öz satış coğrafiyasını genişləndirmək üçün saytınızı sizi maraqlandıran xarici dilə tərcümə etməlisiniz. Saytın xarici dilə tərcüməsi daha çox trafik cəlb etmək və auditoriyanı genişləndirmək üçün effektiv üsuldur.
Saytların tərcüməsi xüsusiyyətləri
İnternet vasitəsilə saytı avtomatik şəkildə tərcümə etmək mümkündür, lakin belə bir tərcümə çətin ki, anlaşılan olsun. Saytda yerləşdirilən mətn sizin müştəri və oxuyuculara olan münasibətinizi göstərir. Əgər saytın sahibi tənbəllik edib mətni tərcümə proqramları vasitəsilə yerləşdirərsə, bu halda şirkətin peşəkar imicini korlaya bilər. Unutmayın ki, saytın tərcüməsi reklam xarakterini daşıyır, reklam isə keyfiyyətli olmalıdır. Konfransmarket tərcümə bürosu istənilən çətinlikdə saytların tərcüməsi ilə məşğul olur. Biz saytda olan kontenti, cədvəllər, şüarlar, qrafik elementlər, qrafiklər də daxil olmaqla tam tərcümə edəcəyik. Bizi seçərək siz öz şirkətinizə sərfəli investisiya qoymuş olursunuz.
Sayt tərcüməsi mərhələləri və qiymət
Tərcümənin qiymətini hesablamaq üçün biz saytda olan bütün kontenti mətn faylına köçürürük. Daha sonra tərcümə prosesinə başlayırıq. Edilən tərcümə redaktorlar tərəfindən yoxlanılır. Mətnin tərcüməsi mətinin mövzusundan asılı olaraq qiymətləndirirlir. Saytın tərcüməsi fərdi olaraq təyin edilir. Sayt tərcüməsi informasiya texnologiyaları sahəsində təcrübəsi olan diplomlu mütəxəssislər tərəfindən həyata keçirilir. Biz hər bir müştəriyə fərdi olaraq yanaşırıq və sifarişçinin bütün istəklərini nəzərə alırıq. Saytın tərcüməsi bir növ yaradıcı işdir. Şirkətin şüarlarını, söz oyunlarını və reklam mətnlərini tərcümə etmək iti ağıl və zəngin söz ehtiyatı tələb edir. Tərcümə zamanı məlumatı elə formada ötürmək lazımdır ki, müştəri onu anlasın. Saytı öyrəndikdən sonra müştəridə bu şirkətin xidmətlərindən istifadə etmək arzusu yaranmalıdır. Əgər tərcümə savadsız edilibsə, müştəri sadəcə səhifəni tərk edəcək. Məhz buna görə peşəkarlara müraciət etmək lazımdır. Konfransmarket tərcümə büromuz sizə saytların tərcüməsi sahəsində öz xidmətlərini təklif edir.
Tərcümə avadanlığı
Hamısı>>
Bu cihaz Bosch masaüstü mikrofonlarının sayı 24-dən çox olduqda onları birləşdirmək və ya konfrans otağında uzun kabellər istifadə olunduqda tələb olunur. Cihazın içində dcn splitter var və buna görə də cihazı mikrofon kabellərinin istənilən yerinə birləşdirmək olur. Bu cihazdan böyük konfranslarda və ya uzun məsafədən ziqzaq formasında mikrofon kabelləşməsi tələb olunan "sinif otağı" tipli tədbirlərdə istifadə olunur.
Kiçik və orta otaqlar üçün nəzərdə tutulur. Xüsusi dizaynı var və məkanınızın daxili görünüşünə uyğun müxtəlif rəng çeşidləri mövcuddur. Ən çox istifadə edilən rəng bozdur. Kabin tədbir ərazisinə çatdırılır və yerində quraşdırılır.
Comments are closed