Showing all 22 results
100 metr məsafədən prezentasiyanı idarə etmək üçün peşəkar kliker. Orta və böyük zallarda təqdimat laptopunun texniki masadan idarə olunduğu tədbirlər üçün mükəmməldir. Bu kliker eyni zamanda dörd noutbuka nəzarət edə bilər.
1920 x 1200 pikselli və WUXGA rezolusiyalı proyektor böyük zallar ücün nəzərdə tutulub. 10000 ANSI Lumens işıq gücü və yüksək kontrastlı bu proyektorlar istənilən geniş məkanlar üçün ideal seçimdir. Biz bu proyektorla Azərbaycanın bütün böyük otel salonlarında tədbir keçirmişik. Proyektorların istifadə olduğu tədbirlərdən fotolar və videolar üçün bizə müraciət edin.
Kiçik konfranslar üçün proyeksiya ekranı.
Qırmızı şüa ilə professional lazer göstərici . Proyektor ekranlarında, divarlarda daha bir çox səthdə istifadə oluna bilər
Suflyor aparıcının tamaşaçılardan üz çevirmədən əsas ekranda təqdimatını görməyə imkan verən bir ekrandır. Bu, adətən, bir plazma ekran və ya LCD monitor ilə ya səhnənin qarşısında, otağın arxasında və ya iştirakçıların oturduğu hissənin yuxarısında quraşdırılır. Monitorun auditoriyaya yaxın yerləşdirilməsi məsləhətdir ki, aparıcı və ya natiqin diqqəti onlardan yayınmasın.
Suflyor qutusu qara və ya ağ rəngli təklif edilir. Bu Suflyor qutuları həmçinin brendinq edilə bilər.