Ümumi informasiya
Proyektor Ekranı Metal Konstruksiya üzərində
İstənilən ölçüdə proyeksiya ekranları işıqlandırma üçün metal konstruksiyalara quraşdırıla bilər.
Haqqında
Proyektor Ekranı Metal Konstruksiya üzərində
Minimum sifariş miqdarını və çatdırılma üçün bizimlə əlaqə saxlayın: (+994 50) 513 11 33
Məhsul Brendləri
Təkliflərimiz
Digər məhsullar
Tədbirləriniz üçün peşəkar rəqəmsal səsyazma avadanlığı. Həm tək, həm də çox kanallı rejimdə səs yazma üçün müxtəlif seçimlərimiz var. Tələbləriniz əsasında lazımi avadanlıqları təqdim edə bilərik.
Duman maşını tədbir və musiqi performansı zamanı məkanda gözəl mühit və ambians yaratmaq üçün istifadə olunan avadanlıqdır. Korporativ tədbirlədə işıqlandırma tərtibatını daha da mükəmməlləşdirmək üçün istifadə olunur. Duman maşınları işıqların şüaları ilə sizə sehrli bir atmosfer yaratmaqda kömək edir.
Bu cihaz Bosch masaüstü mikrofonlarının sayı 24-dən çox olduqda onları birləşdirmək və ya konfrans otağında uzun kabellər istifadə olunduqda tələb olunur. Cihazın içində dcn splitter var və buna görə də cihazı mikrofon kabellərinin istənilən yerinə birləşdirmək olur. Bu cihazdan böyük konfranslarda və ya uzun məsafədən ziqzaq formasında mikrofon kabelləşməsi tələb olunan "sinif otağı" tipli tədbirlərdə istifadə olunur.
100 metr məsafədən prezentasiyanı idarə etmək üçün peşəkar kliker. Orta və böyük zallarda təqdimat laptopunun texniki masadan idarə olunduğu tədbirlər üçün mükəmməldir. Bu kliker eyni zamanda dörd noutbuka nəzarət edə bilər.
Podium (kürsü) mikrofon icarəsi. Kürsüdə mükəmməl akustika üçün Sennheiser, Shure brendinin mikrofonları istifadə olunur. Bu mikrofonlar təqdimatçının səsini istənilən mövqedən tutmaq üçün xüsusi dizayn edilmiş çoxtərəfli kapsullarla təchiz olunmuşdur.
Rəngli laserjet printer icarəsi. Bu printer kiçik və orta ölçülü tədbirlər üçün uyğunudur. Printer birdən çox kompüterə qoşula bilər.
Tədbirinizdə çap etmək tələb olunursa çoxfunksiyalı rəngli printerləri təqdim edirik. Komandanız üçün müvəqqəti layihə ofisini və ya media mərkəzini yarada bilərik. Bu printerin ikisi və ya bir neçəsinin birdən çox kompüterə asanlıqla kabelsiz bağlana bilməsi üçün xüsusi şəbəkə yarada bilərik.
