Ümumi informasiya
VR (virtual reallıq) stansiyaları üçün TV Monitor
VR stansiyaları üçün televizor monitorlarını təqdim edirik. Bir VR stansiyasının istənilən dizaynı üçün 42, 50, 55, 65 düymlük LED monitorlar və televizor stendlərimiz var. VR texnologiyasından istifadə edərək komanda qurma fəaliyyətimizi də yoxlaya bilərsiniz. Hər hansı bir tədbir üçün əla əyləncədir.
Haqqında
Məhsul Brendləri
Təkliflərimiz
Digər məhsullar
Simsiz baş mikrofonu təqdimat zamanı səhnədə əl və bədənin rahat hərəkət etməsi üçün idealdır. Spiker səhnədə tamaşaçı ilə fəal şəkildə müzakirə etdikdə kənar səsi tutmur. Sennheiser, AKG, BeyerDynamic, Mipro kimi dünya səviyyəli markaları təqdim edirik.
Səhnə döşəmənizin qara və ya ağ rəngdə mat olması lazımdırsa, səhnəyə banner (fleksiyalı) döşəmə sala bilərsiz. Biz 440 qr/m2 keyfiyyətli banerlərdən istifadə edirik. Banerləri sərdikdən sonra ehtiyac olarsa onları stepler ilə bərkidə bilərik.
Orta miqyaslı konfranslar üçün səs sistemi.100 nəfərə qədər iştirakçısı olan orta konfrans zalı üçün idealdır. Sistemə ayaqlıq üzərində 400 və ya 500 vattlıq dinamik, lazım olarsa sabvufer, bundan əlavə səs mikseri, səs amplifikatı, əl mikrofonu daxildir. Texniki əməkdaşlar tədbirdən bir gün əvvəl sistemi qurur və tədbir zamanı idarə edir.
Təqdimat və vokal çıxışlar üçün simsiz əl mikrofonu. Ən yaxşı markalardan mikrofonlarımız mövcuddur. Onlar konfranslar, qala ziyafətləri, musiqili tamaşalar üçün nəzərdə tutulmuşdur. Bizim həmçinin ən yüksək səviyyəli musiqili çıxışların tələblərini qarşılayacaq imkanlarımız var.
Podium (kürsü) mikrofon icarəsi. Kürsüdə mükəmməl akustika üçün Sennheiser, Shure brendinin mikrofonları istifadə olunur. Bu mikrofonlar təqdimatçının səsini istənilən mövqedən tutmaq üçün xüsusi dizayn edilmiş çoxtərəfli kapsullarla təchiz olunmuşdur.
Tədbirinizdə çap etmək tələb olunursa çoxfunksiyalı rəngli printerləri təqdim edirik. Komandanız üçün müvəqqəti layihə ofisini və ya media mərkəzini yarada bilərik. Bu printerin ikisi və ya bir neçəsinin birdən çox kompüterə asanlıqla kabelsiz bağlana bilməsi üçün xüsusi şəbəkə yarada bilərik.
Kiçik və orta otaqlar üçün nəzərdə tutulur. Xüsusi dizaynı var və məkanınızın daxili görünüşünə uyğun müxtəlif rəng çeşidləri mövcuddur. Ən çox istifadə edilən rəng bozdur. Kabin tədbir ərazisinə çatdırılır və yerində quraşdırılır.
Kiçik konfranslar üçün proyeksiya ekranı.
Duman maşını tədbir və musiqi performansı zamanı məkanda gözəl mühit və ambians yaratmaq üçün istifadə olunan avadanlıqdır. Korporativ tədbirlədə işıqlandırma tərtibatını daha da mükəmməlləşdirmək üçün istifadə olunur. Duman maşınları işıqların şüaları ilə sizə sehrli bir atmosfer yaratmaqda kömək edir.
Tədbirlər üçün elektrik udlinitel kirayəsi. İstənilən sayda ağ və qara rəngdə mövcuddur. Başqa bir ölkədən səyahət edirsinizsə, sizi səyahət adapterləri ilə də təmin edə bilərik.
Tədbirləriniz üçün peşəkar rəqəmsal səsyazma avadanlığı. Həm tək, həm də çox kanallı rejimdə səs yazma üçün müxtəlif seçimlərimiz var. Tələbləriniz əsasında lazımi avadanlıqları təqdim edə bilərik.
100 metr məsafədən prezentasiyanı idarə etmək üçün peşəkar kliker. Orta və böyük zallarda təqdimat laptopunun texniki masadan idarə olunduğu tədbirlər üçün mükəmməldir. Bu kliker eyni zamanda dörd noutbuka nəzarət edə bilər.