Ümumi informasiya
09 Soyuq qığılcımlar
Soyuq qığılcımlar istənilən növ tədbirlərinizi və əlamətdar günlərinizi daha görkəmli, canlı və yadda qalan etmə etməyə sizə yardımçı olacaq. Qığılcımın püskürmə hündürlüyü – 2-3 m. Püskürmənin yanma müddəti – 30 saniyə.
Haqqında
Hündürlük – 2-3m
Yanma müddəti – 30 saniyə
Məhsul Brendləri
Təkliflərimiz
Digər məhsullar
Səhnə döşəmənizin qara və ya ağ rəngdə mat olması lazımdırsa, səhnəyə banner (fleksiyalı) döşəmə sala bilərsiz. Biz 440 qr/m2 keyfiyyətli banerlərdən istifadə edirik. Banerləri sərdikdən sonra ehtiyac olarsa onları stepler ilə bərkidə bilərik.
Tədbirləriniz üçün peşəkar rəqəmsal səsyazma avadanlığı. Həm tək, həm də çox kanallı rejimdə səs yazma üçün müxtəlif seçimlərimiz var. Tələbləriniz əsasında lazımi avadanlıqları təqdim edə bilərik.
100 metr məsafədən prezentasiyanı idarə etmək üçün peşəkar kliker. Orta və böyük zallarda təqdimat laptopunun texniki masadan idarə olunduğu tədbirlər üçün mükəmməldir. Bu kliker eyni zamanda dörd noutbuka nəzarət edə bilər.
Orta miqyaslı konfranslar üçün səs sistemi.100 nəfərə qədər iştirakçısı olan orta konfrans zalı üçün idealdır. Sistemə ayaqlıq üzərində 400 və ya 500 vattlıq dinamik, lazım olarsa sabvufer, bundan əlavə səs mikseri, səs amplifikatı, əl mikrofonu daxildir. Texniki əməkdaşlar tədbirdən bir gün əvvəl sistemi qurur və tədbir zamanı idarə edir.
Simsiz baş mikrofonu təqdimat zamanı səhnədə əl və bədənin rahat hərəkət etməsi üçün idealdır. Spiker səhnədə tamaşaçı ilə fəal şəkildə müzakirə etdikdə kənar səsi tutmur. Sennheiser, AKG, BeyerDynamic, Mipro kimi dünya səviyyəli markaları təqdim edirik.
Konfranslar üçün Philips masaüstü mikrofon icarəsi. Kiçik və ya orta səviyyəli konfranslar üçün mükəmməldir. Rəqəmsal səs sistemi. Mobil telefon müdaxiləsinə aşağı həssaslıq.
Duman maşını tədbir və musiqi performansı zamanı məkanda gözəl mühit və ambians yaratmaq üçün istifadə olunan avadanlıqdır. Korporativ tədbirlədə işıqlandırma tərtibatını daha da mükəmməlləşdirmək üçün istifadə olunur. Duman maşınları işıqların şüaları ilə sizə sehrli bir atmosfer yaratmaqda kömək edir.
Suflyor aparıcının tamaşaçılardan üz çevirmədən əsas ekranda təqdimatını görməyə imkan verən bir ekrandır. Bu, adətən, bir plazma ekran və ya LCD monitor ilə ya səhnənin qarşısında, otağın arxasında və ya iştirakçıların oturduğu hissənin yuxarısında quraşdırılır. Monitorun auditoriyaya yaxın yerləşdirilməsi məsləhətdir ki, aparıcı və ya natiqin diqqəti onlardan yayınmasın.
Suflyor qutusu qara və ya ağ rəngli təklif edilir. Bu Suflyor qutuları həmçinin brendinq edilə bilər.