Ümumi informasiya
Luks çadır 3,5×3,5m (12,25m2)
Qövsvari çadırın damının gözəl forması yalnız cəlbedici deyil, həm də funksionaldır. Açıq tərəfləri gün işığının çadıra sərbəst girməsinə imkan verir, buna görə də sahəsi 12,25m2 olan çadır əlavə işıqlandırmaya ehtiyac duymur.
Haqqında
Forma: Kvadrat
Sahəsi: 12,25m2
Uzunluğu: 3,5m
Eni: 3,5m
Tikinti çəkisi: 200kq
Daban yükü: 50kq
Küləyə dözümlülük: 24m/s
Məhsul Brendləri
Digər məhsullar
Simsiz baş mikrofonu təqdimat zamanı səhnədə əl və bədənin rahat hərəkət etməsi üçün idealdır. Spiker səhnədə tamaşaçı ilə fəal şəkildə müzakirə etdikdə kənar səsi tutmur. Sennheiser, AKG, BeyerDynamic, Mipro kimi dünya səviyyəli markaları təqdim edirik.
Tədbirinizdə çap etmək tələb olunursa çoxfunksiyalı rəngli printerləri təqdim edirik. Komandanız üçün müvəqqəti layihə ofisini və ya media mərkəzini yarada bilərik. Bu printerin ikisi və ya bir neçəsinin birdən çox kompüterə asanlıqla kabelsiz bağlana bilməsi üçün xüsusi şəbəkə yarada bilərik.
Suflyor aparıcının tamaşaçılardan üz çevirmədən əsas ekranda təqdimatını görməyə imkan verən bir ekrandır. Bu, adətən, bir plazma ekran və ya LCD monitor ilə ya səhnənin qarşısında, otağın arxasında və ya iştirakçıların oturduğu hissənin yuxarısında quraşdırılır. Monitorun auditoriyaya yaxın yerləşdirilməsi məsləhətdir ki, aparıcı və ya natiqin diqqəti onlardan yayınmasın.
Suflyor qutusu qara və ya ağ rəngli təklif edilir. Bu Suflyor qutuları həmçinin brendinq edilə bilər.
100 metr məsafədən prezentasiyanı idarə etmək üçün peşəkar kliker. Orta və böyük zallarda təqdimat laptopunun texniki masadan idarə olunduğu tədbirlər üçün mükəmməldir. Bu kliker eyni zamanda dörd noutbuka nəzarət edə bilər.
Rəngli laserjet printer icarəsi. Bu printer kiçik və orta ölçülü tədbirlər üçün uyğunudur. Printer birdən çox kompüterə qoşula bilər.
Bu cihaz Bosch masaüstü mikrofonlarının sayı 24-dən çox olduqda onları birləşdirmək və ya konfrans otağında uzun kabellər istifadə olunduqda tələb olunur. Cihazın içində dcn splitter var və buna görə də cihazı mikrofon kabellərinin istənilən yerinə birləşdirmək olur. Bu cihazdan böyük konfranslarda və ya uzun məsafədən ziqzaq formasında mikrofon kabelləşməsi tələb olunan "sinif otağı" tipli tədbirlərdə istifadə olunur.
Kiçik və orta otaqlar üçün nəzərdə tutulur. Xüsusi dizaynı var və məkanınızın daxili görünüşünə uyğun müxtəlif rəng çeşidləri mövcuddur. Ən çox istifadə edilən rəng bozdur. Kabin tədbir ərazisinə çatdırılır və yerində quraşdırılır.
Kiçik konfranslar üçün proyeksiya ekranı.
Kiçik konfrans zalları üçün akustik sistem. 30-a qədər iştirakçısı olan kiçik konfrans zalları üçün idealdır. Sistemə səs mikserləri, səs gücləndiricisi, əl mikrofonu və ştativ üzərində 400 vatt dinamik daxildir. Texniki personal konfransdan bir gün əvvəl sistemi qurur və tədbir zamanı onu idarə edir.
Təqdimat və vokal çıxışlar üçün simsiz əl mikrofonu. Ən yaxşı markalardan mikrofonlarımız mövcuddur. Onlar konfranslar, qala ziyafətləri, musiqili tamaşalar üçün nəzərdə tutulmuşdur. Bizim həmçinin ən yüksək səviyyəli musiqili çıxışların tələblərini qarşılayacaq imkanlarımız var.