Showing 1–200 of 206 results
Bayraqların ölçüsü 210-120 mm, üzərinə korporativ logo brendinq edilə bilər. 4 metal dirəkdən ibarətdir, hər birinin hündürlüyü 30 sm.
Meyvələr üzərində bayraq brendinqi. Konfrans masasını bəzəmək üçün maraqlı elementdir.
Fincan altlıqları 400 qr laminasiya edilmiş kağızda və birtərəfli rəngli çap edilir. 9 x 9 sm dairəvi formadadır.
Damla bayraqlar, salonlarda, fasilələrdə , lobbilərdə və s. tədbirlərdə və ya şirkətin reklamı üçün istifadə olunan mobil bayraqdır. Bayraq hündürlüyü 4 və ya 5 metrdir. Bütün bayrağı brendinq etmək mümkündür.
Fincanlar konfranslarda, sərgilərdə və ya işçilərinizə hədiyyə kimi təqdim etmək üçün istifadə oluna bilər. Tədbir loqosu və ya şirkət adı fincanların üzərində çap oluna bilər. Fincan altlıqları fincana uyğun olan şəkildə hazırlana bilər.
Metal qələm dəsti iki elementdən ibarətdir: qələm qutusu və metal qələm. Qələm qutusunun rəngi qızılıdır. Dəstiniz üçün müxtəlif qələmlər seçə bilərsiniz.
Qara rəngli qələm mat teksturalı olduğundan məxməri qələm adlanır. UV və ya trafaret çap vasitəsilə bir rəngli çap tətbiq oluna bilər. Rəngli loqo çap etmək imkanı da var.
Azərbaycan milli üslubunda taxta dekorativ elementlər olan şərab qutuları. Bu qutular Azərbaycanda hazırlanır.
Şərfin ölçüsü 70x70 sm, rəng isə mavi olur. Bir rəngli çap edilə bilər
Şüşə və ya qapaqda tədbirin loqosu ilə brendinq. İstənilən dizayn mümkündür.
Şüşə materiallı, kvadrat şəkilli fincan altlıqlarını şirkət və ya tədbir loqosu ilə çap edə bilərik. Ölçüsü 9cm x 9cmdir.
Şüşə korpuslu 16 GB USB yaddaş kartı. Şüşə korpusu üzərində tədbir və ya şirkətin loqosunu lazer oyma ilə çap etmək mümkündür. Qutu ilə təqdim olunur.
Xameleon fincanlara müəyyən bir rəng verən xüsusi örtük vardır. Bu fincan üzərinə logo-şəkil işlənir amma bu şəkil və ya logo isti su tökülənə kimi görünmür. Fincana isti su əlavə olunduqda isə onun sehirli özəlliyi ortaya çıxır.
Promo məhsulları nədir? Reklam, şirkətin fəaliyyət istiqamətindən asılı olmayaraq hazırda marketinq strategiyasında mühüm yerlərdən birini tutur. Məhsul, şirkətin fəaliyyəti haqqında lazımi məlumatların auditoriyaya çatdırılması, uğurlu satış və mənfəətin artmasına səbəb olur. Şirkətimizin mütəxəssisləri bu məqsədə nail olmaq üçün şirkətinizin tanınmasında, tərzin yüksəlməsində əlavə olaraq xidmət göstərəcək müvafiq promo məhsullar hazırlaya bilər. Bizim promo məhsullarımız eləcə də əməkdaşlıq haqda xoş hədiyyə və xatirə olacaq.
Reklam və promo məhsulları
Reklam və promo məhsulları əsas istiqamətlərimizdən biridir. Dünya səviyyəli brend promo məhsullarımız reklamınız üçün ən yaxşılarındadır.
Reklam və promo məhsulları nə üçün lazımdır?
Hər bir şirkətin reklam məhsullarına və reklama ehtiyacı var. Promo məhsulları isə şirkətinizin məhsulları və göstərdiyiniz xidmətlərin rəqabət qabiliyyətli olmasına, müştərilərin, istehlakçıların cəlb olunmasına və bazarda zəruri yeri tutmağa kömək edə bilər. Şirkətimizə məxsus məhsulların köməyi ilə həm də özünüzü parlaq və unudulmaz şəkildə tanıda bilərsiniz.
Promo məhsulları necə olur? (h4)
Loqotipli promo məhsulları müxtəlif növlərə malikdir. Loqotip fincanlar, qələmlər, gündəliklər, çantalar, kalkulyatorlar, reklam tekstil və bir çox digər əşyalar üzərinə tətbiq oluna bilər. Mütəxəssislərimiz iş ortağı və ya müştəridə xoş təəssürat yaratmaq və şirkətinizi daim xatırlatmaq üçün loqotipli məhsullar hazırlaya bilər.
Promo suvenir məhsulları
Promo süvenirlər çox cəlbedicidir. Şirkətinizin imici yüksəltmək və partnyorlarınıza yadda qalan hədiyyələr vermək üçün əla fürsətdir.
Reklamın ayrılmaz hissəsi
Suvenir məhsulları müasir marketinqin ən geniş yayılan və tanınmış elementlərindən biridir. Suvenir, şirkətiniz haqqında danışa və onu daim istehlakçıya xatıralada biləcəyinə görə reklam baxımından böyük əhəmiyyət kəsb edir. Suvenir məhsulları özəlliyin vurğulanmasına və daha çox müştərinin cəlb edilməsinə kömək edə bilər. Korporativ hədiyyələr müştərilərin etibarının qazanılması və şirkətin nüfuzunun artması, həmçinin kollektiv daxilində möhkəm korporativ əhval-ruhiyyənin yaradılması yolunun başlanğıcı olacaq.
Promo suvenirlər harada və necə istifadə oluna bilər
Suvenirlər – müştəriləriniz üçün kompliment olaraq həmişə xoşdur. Biz, müxtəlif səviyyələrdə suvenir məhsulları təklif edirik.
Misal üçün, şirkətinizə məxsus loqotipin tətbiq olunduğu suvenirlər, qələmlər, bloknotlar, yaddaş kartları, qovluqlar konfransların aparılması zamanı yadda qalmanız üçün ən yaxşı üsuldur. Qələm və bloknot zamanla yazılıb doldurulsa belə, yaddaş kartı kimi suvenir məhsulu uzun müddət xidmət edəcək.
Konfranslar və tədbirlər üçün promo məhsulları
Konfranslar və tədbirlərdə promo süvenirlər və digər məhsullar şirkətinizi xatırlatmaq üçün çox gözəl düşünülmüş detallarıdır. Bu fürsətdən yararlanın.
Konfranslar və tədbirlərdə şirkətiniz haqqında xatırlatma
Konfrans — şirkətin nailiyyətlərini bölüşmək üçün əla səbəbdir. Konfranslarda faydalı tanışlıqlar yaratmaq, əlaqə vasitələrini təqdim etmək, həmkarlar ilə ünsiyyətdə olmaq, müəyyən sahədə yeniliklər haqqında məlumat almaq, qabaqcıl ideyalardan ilhamlanmaq və xoş vaxt keçirmək mümkündür. Tədbirlər müxtəlif miqyaslarda olur. Hər bir konfrans, forum və ya seminar ünsiyyət üçün, təcrübə mübadiləsi və biznes üzrə həmfikir insanlar və həmkarların axtarışı üçün platforma kimi yaradılır. Şirkətimiz müxtəlif bayraqlardan enerji banklarınadək lazımi məhsulların icarəsini təqdim edərək bu işdə sizə kömək edə bilər.
Lazımi məhsullar
Şirkətimiz konfransların yüksək səviyyədə keçirilməsi üçün öz müştərilərinə lazımi məhsullar təklif edir. Beləliklə, məsələn, Yaxa kartı – şirkətlərin xoşagəlməz hallardan çəkinməsi üçün ən sadə və əlçatan həlldir. Yaxa kartı üzərində ad və şirkətdə tutulan vəzifə çap olunur. Yaxa kartları işgüzar etiket üzrə vacib detal olaraq, konfranslar üçün yaxa kartları isə sərbəst ünsiyyət qurmağa və çətinlik çəkməməyə kömək edəcəklər. Şirkətimiz tərəfindən eləcə də laminasiya edilmiş yaxa kartları və rahat daşınması üçün yaxa kartları üçün lentlər təqdim olunur. Laminasiya edilmiş yaxa kartı və lentlər müxtəlif forma və rənglərdə təklif olunur.
Bütün bu tədbirləri (seminarlar, dairəvi masa və konfransları) masaüstü ad lövhəsi olmadan təsəvvür etmək mümkün deyil. Bu kimi masaüstü ad lövhələri müştəri xidməti ilə məşğul olan dövlət müəssisələri, eləcə də fərqli təşkilatlar üçün vacibdir. Masaüstü ad lövhələrini mütəxəssislərimizə sifariş edə bilərsiniz.