Ümumi informasiya


Rəqəmsal multikor Yamaha
Məhsul Brendləri
Digər məhsullar
Bu cihaz Bosch masaüstü mikrofonlarının sayı 24-dən çox olduqda onları birləşdirmək və ya konfrans otağında uzun kabellər istifadə olunduqda tələb olunur. Cihazın içində dcn splitter var və buna görə də cihazı mikrofon kabellərinin istənilən yerinə birləşdirmək olur. Bu cihazdan böyük konfranslarda və ya uzun məsafədən ziqzaq formasında mikrofon kabelləşməsi tələb olunan "sinif otağı" tipli tədbirlərdə istifadə olunur.
Konfranslar üçün Philips masaüstü mikrofon icarəsi. Kiçik və ya orta səviyyəli konfranslar üçün mükəmməldir. Rəqəmsal səs sistemi. Mobil telefon müdaxiləsinə aşağı həssaslıq.
Profil spotları, elips, lekosun bütün növləri. Hər bir tədbirdən sonra işıqlandırma avadanlığını təmizləyirik ki, növbəti tədbirə hazır olsun.
Podium (kürsü) mikrofon icarəsi. Kürsüdə mükəmməl akustika üçün Sennheiser, Shure brendinin mikrofonları istifadə olunur. Bu mikrofonlar təqdimatçının səsini istənilən mövqedən tutmaq üçün xüsusi dizayn edilmiş çoxtərəfli kapsullarla təchiz olunmuşdur.
Kiçik və orta otaqlar üçün nəzərdə tutulur. Xüsusi dizaynı var və məkanınızın daxili görünüşünə uyğun müxtəlif rəng çeşidləri mövcuddur. Ən çox istifadə edilən rəng bozdur. Kabin tədbir ərazisinə çatdırılır və yerində quraşdırılır.
Rəngli laserjet printer icarəsi. Bu printer kiçik və orta ölçülü tədbirlər üçün uyğunudur. Printer birdən çox kompüterə qoşula bilər.
100 metr məsafədən prezentasiyanı idarə etmək üçün peşəkar kliker. Orta və böyük zallarda təqdimat laptopunun texniki masadan idarə olunduğu tədbirlər üçün mükəmməldir. Bu kliker eyni zamanda dörd noutbuka nəzarət edə bilər.