Gözəl səhnə konfransın əsas elementidir. Mövzudan asılı olmayaraq, əgər göndərmək istədiyiniz mesaj auditoriyanıza müəyyən stil ilə çatdırılırsa effekti inanılmaz olacaqdır.
#1 Dizayn
Konfrans səhnəsinin 3D və qrafik elementlərlə vizualizasiya olunması lazımdır. Tədbirin texniki komandasına öncədən tapşırmaq lazımdır ki, səhnənin görüntüsünü işləyib hazırlasınlar. Brend-buk və ya korporativ elementlərinizi də onlara vermək lazımdır. Əgər əlinizdə tədbir üçün xüsusi hazırlanmış poster və ya qrafik elementlər varsa, paylaşın. Yoxdursa, qoyun tədbiri təşkil edən şirkət bunu sizin üçün etsin. Sonrakı addım kimi, tədbir səhnəsi üçün dizayn, ideyalardan sizin tematikaya ən uyğun olanını seçin.
#2 Səhnənin istehsal prosesi
Gözəl səhnə dizaynının realda da gözəl görünməsini istəyirsinizsə, bu işi peşəkarlara həvalə edin. Əgər səhnə yığdırmaq istəyirsinizsə işləmək istədiyiniz komandanın bu iş üzrə təcrübəsi olub-olmadığını yoxlayın. Yaxşı olardı ki, sifariş etməzdən öncə komandanın rəhbəri ilə görüşüb əvvəlki təcrübələri barədə detallı məlumat alasınız.
#3 Səhnənizi taclandırın
Səhnəyə mütləq bir əsas element yerləşdirin. Məsələn, bu layihədə tədbirin tematikası 6 hisdən ibarət idi. Bu 6 hissi göstərmək üçün səhnənin üzərinə 6 ədəd işıqlı qutu yerləşdirib tədbirin tematik rəngləriylə işıqlandırdım. Zala daxil olan insanlar səhnənin möhtəşəmliyinə qapılarkən tam səhnənin ortasındakı 6 ədəd işıqlı qutu da bir WOW effekti yaradırdı.