Elektrik ustası
Tədbirləriniz üçün elektrik ustaları təmin edirik. Elektrik ustaları elektrik paylayıcı qutu həmçinin mobil tək və üç fazalı 32A, 63A, 125A sistemləri ilə iş təcrübəsinə də malikdirlər.
Kömək lazımdır?
Tədbirləriniz üçün elektrik ustaları təmin edirik. Elektrik ustaları elektrik paylayıcı qutu həmçinin mobil tək və üç fazalı 32A, 63A, 125A sistemləri ilə iş təcrübəsinə də malikdirlər.
Video operatorlarımız HD və 4K keyfiyyətli yayım kamerası istifadəsində təcrübəlidirlər. Onlar tədbir ssenaristi, produseri və video mühəndisləri ilə birlikdə komandada işləmək üçün kifayət qədər təcrübəlidirlər.
Tədbir videoqrafı adətən tədbir üçün promo video klip çəkir. Bu videoqraf DSLR və ya oxşar kamera avadanlığı istifadə edir və promo video materialında istifadə etmək üçün tədbirdən yaddaqalan anları lentə alır. Nümunə olaraq göstərə biləcəyimiz bir çox video kliplərimiz var; layihə menecerlərinə müraciət edin, onları sizinlə paylaşacaqlar.
Tədbirdən əvvəl led ekranların quraşdırılmasını və tədbir zamanı dəstəklənməsini təmin edən peşəkar LED ekran operatorları təklif edirik, onlar tədbirin problemsiz keçirilməsini təmin edirlər.
Fincanlar konfranslarda, sərgilərdə və ya işçilərinizə hədiyyə kimi təqdim etmək üçün istifadə oluna bilər. Tədbir loqosu və ya şirkət adı fincanların üzərində çap oluna bilər. Fincan altlıqları fincana uyğun olan şəkildə hazırlana bilər.
Tədbirinizdə qeydiyyat aparmaq üçün ingilis, azərbaycanca və rusca danışan personal təqdim edirik. Onlar qonaqların qarşılanmasında, sürətli qeydiyyatın aparılmasında, yaxa kartların çap edilməsində və hədiyyələrin paylanmasında təcrübəyə malikdirlər.
Şüşə korpuslu 16 GB USB yaddaş kartı. Şüşə korpusu üzərində tədbir və ya şirkətin loqosunu lazer oyma ilə çap etmək mümkündür. Qutu ilə təqdim olunur.
Konfrans, seminar, trening, forum və s. korporativ tədbirlərin təşkili üçün məhsul və xidmətlər.
Email: info@konfransmarket.az Vebsayt: www.konfransmarket.az
© 2018 – 2020. Bütün hüquqlar Konfransmarket tərəfindən qorunur.
Kömək lazımdır?