Ümumi informasiya
İşıq tuşlama projektoru ilə işləyən operatorlar
İşıq tuşlama projektoru ilə işləyən operatorlar səhnədə olan şəxsi və ya hərəkətləri işıqla təqib edir. Operatorlarımız tədbirin hər anında çox diqqətlidirlər və hər növ spot işıqlandırma qurğusu ilə işləyə bilirlər.
Haqqında
İşıq tuşlama projektoru ilə işləyən operatorlar
Məhsul Brendləri
Təkliflərimiz
Digər məhsullar
Tədbiriniz üçün peşəkar video texnikləri təqdim edirik. Video texniklər, video və proyeksiya avadanlıqlarının quraşdırılması, istifadəsi üçün məsuliyyət daşıyır; bura media serverlərin quraşdırılması, ekranlar, proyektorlar, televizor monitorları daxil ola bilər. Bizim video texniklər VGA, DVI, HDMI, SDI, Fiber Optik siqnalları, siqnal çeviriciləri, siqnal gücləndiriciləri, marşrutlaşdırıcıları ilə işləyir.
Tədbirinizdə qeydiyyat aparmaq üçün ingilis, azərbaycanca və rusca danışan personal təqdim edirik. Onlar qonaqların qarşılanmasında, sürətli qeydiyyatın aparılmasında, yaxa kartların çap edilməsində və hədiyyələrin paylanmasında təcrübəyə malikdirlər.
Şüşə korpuslu 16 GB USB yaddaş kartı. Şüşə korpusu üzərində tədbir və ya şirkətin loqosunu lazer oyma ilə çap etmək mümkündür. Qutu ilə təqdim olunur.
Tədbirləriniz üçün ardıcıl tərcüməçilər təmin edirik. Qarşıdan gələn tədbir beynəlxalq bir konfrans, bir fabrik turu, bir gala yeməyi və ya işgüzar görüş olsun, sizin üçün hər zaman bir həllimiz var. Tərcüməçilərimiz 10 illik peşəkar təcrübəyə sahibdirlər və müxtəlif mövzulu tərcümələrdə iştirak ediblər.
Tədbirdən əvvəl led ekranların quraşdırılmasını və tədbir zamanı dəstəklənməsini təmin edən peşəkar LED ekran operatorları təklif edirik, onlar tədbirin problemsiz keçirilməsini təmin edirlər.
Tədbir videoqrafı adətən tədbir üçün promo video klip çəkir. Bu videoqraf DSLR və ya oxşar kamera avadanlığı istifadə edir və promo video materialında istifadə etmək üçün tədbirdən yaddaqalan anları lentə alır. Nümunə olaraq göstərə biləcəyimiz bir çox video kliplərimiz var; layihə menecerlərinə müraciət edin, onları sizinlə paylaşacaqlar.