Ümumi informasiya
Sinxron tərcüməçi
Tədbiriniz üçün sinxron tərcüməçilər təqdim edirik. Tərcüməçilərimiz beynəlxalq konfranslarda 10 ildən çox təcrübəsi olan təcrübəli mütəxəssislərdir. Bizimlə əlaqə saxlayın və layihə menecerlərimiz qarşıdakı konfransınız üçün ən münasib variantları təqdim etsinlər.
Bizim həmçinin sinxron tərcümə avadanlığımız var. Həm avadanlıq, həm də tərcüməçiləri sifariş verdikdə xüsusi endirimli paketlərimizdən faydalana bilərsiniz.
Məhsul Brendləri
Təkliflərimiz
Kiçik və orta otaqlar üçün nəzərdə tutulur. Xüsusi dizaynı var və məkanınızın daxili görünüşünə uyğun müxtəlif rəng çeşidləri mövcuddur. Ən çox istifadə edilən rəng bozdur. Kabin tədbir ərazisinə çatdırılır və yerində quraşdırılır.
Digər məhsullar
Tədbiriniz üçün professional host və hostes təqdim edirik. Hostesslər qalereyalar, restoranlar, konfranslar və ticarət sərgiləri daxil olmaqla müxtəlif tədbirlərdə gələn qonaqları salamlayır və onları yönləndirir, lazım olan məlumatları verir və digər suallarnı cavablandırırlar.
İşıqlandırma texnikləri həm işıqlandırma qurğularının qurulması və tənzimlənməsi, həm də tədbir zamanı texniki masada işləyirlər.
Fincanlar konfranslarda, sərgilərdə və ya işçilərinizə hədiyyə kimi təqdim etmək üçün istifadə oluna bilər. Tədbir loqosu və ya şirkət adı fincanların üzərində çap oluna bilər. Fincan altlıqları fincana uyğun olan şəkildə hazırlana bilər.
Video operatorlarımız HD və 4K keyfiyyətli yayım kamerası istifadəsində təcrübəlidirlər. Onlar tədbir ssenaristi, produseri və video mühəndisləri ilə birlikdə komandada işləmək üçün kifayət qədər təcrübəlidirlər.
Şüşə və ya qapaqda tədbirin loqosu ilə brendinq. İstənilən dizayn mümkündür.
Tədbiriniz üçün peşəkar video texnikləri təqdim edirik. Video texniklər, video və proyeksiya avadanlıqlarının quraşdırılması, istifadəsi üçün məsuliyyət daşıyır; bura media serverlərin quraşdırılması, ekranlar, proyektorlar, televizor monitorları daxil ola bilər. Bizim video texniklər VGA, DVI, HDMI, SDI, Fiber Optik siqnalları, siqnal çeviriciləri, siqnal gücləndiriciləri, marşrutlaşdırıcıları ilə işləyir.
Tədbirinizdə qeydiyyat aparmaq üçün ingilis, azərbaycanca və rusca danışan personal təqdim edirik. Onlar qonaqların qarşılanmasında, sürətli qeydiyyatın aparılmasında, yaxa kartların çap edilməsində və hədiyyələrin paylanmasında təcrübəyə malikdirlər.






