Ümumi informasiya
Rəqəmsal multikor Yamaha
Məhsul Brendləri
son baxılanlar
Digər məhsullar
Kiçik konfranslar üçün proyeksiya ekranı.
Orta miqyaslı konfranslar üçün səs sistemi.100 nəfərə qədər iştirakçısı olan orta konfrans zalı üçün idealdır. Sistemə ayaqlıq üzərində 400 və ya 500 vattlıq dinamik, lazım olarsa sabvufer, bundan əlavə səs mikseri, səs amplifikatı, əl mikrofonu daxildir. Texniki əməkdaşlar tədbirdən bir gün əvvəl sistemi qurur və tədbir zamanı idarə edir.
Bosch DCN Next Generation mikrafonlarının konfranslar üçün icarəsi. Azərbaycanda konfranslarda istifadə olunan ən yaxşı məhsuldur. Bosch-dan tam rəgəmsal konfrans sistemidir. Mobil telefon müdaxiləsinə qarşı aşağı həssaslıq.
Suflyor aparıcının tamaşaçılardan üz çevirmədən əsas ekranda təqdimatını görməyə imkan verən bir ekrandır. Bu, adətən, bir plazma ekran və ya LCD monitor ilə ya səhnənin qarşısında, otağın arxasında və ya iştirakçıların oturduğu hissənin yuxarısında quraşdırılır. Monitorun auditoriyaya yaxın yerləşdirilməsi məsləhətdir ki, aparıcı və ya natiqin diqqəti onlardan yayınmasın.
Suflyor qutusu qara və ya ağ rəngli təklif edilir. Bu Suflyor qutuları həmçinin brendinq edilə bilər.
Kiçik konfrans zalları üçün akustik sistem. 30-a qədər iştirakçısı olan kiçik konfrans zalları üçün idealdır. Sistemə səs mikserləri, səs gücləndiricisi, əl mikrofonu və ştativ üzərində 400 vatt dinamik daxildir. Texniki personal konfransdan bir gün əvvəl sistemi qurur və tədbir zamanı onu idarə edir.
Simsiz baş mikrofonu təqdimat zamanı səhnədə əl və bədənin rahat hərəkət etməsi üçün idealdır. Spiker səhnədə tamaşaçı ilə fəal şəkildə müzakirə etdikdə kənar səsi tutmur. Sennheiser, AKG, BeyerDynamic, Mipro kimi dünya səviyyəli markaları təqdim edirik.
