Ümumi informasiya
Rəqəmsal multikor Yamaha
Məhsul Brendləri
Digər məhsullar
Kiçik konfranslar üçün proyeksiya ekranı.
Kiçik və orta otaqlar üçün nəzərdə tutulur. Xüsusi dizaynı var və məkanınızın daxili görünüşünə uyğun müxtəlif rəng çeşidləri mövcuddur. Ən çox istifadə edilən rəng bozdur. Kabin tədbir ərazisinə çatdırılır və yerində quraşdırılır.
Səhnə döşəmənizin qara və ya ağ rəngdə mat olması lazımdırsa, səhnəyə banner (fleksiyalı) döşəmə sala bilərsiz. Biz 440 qr/m2 keyfiyyətli banerlərdən istifadə edirik. Banerləri sərdikdən sonra ehtiyac olarsa onları stepler ilə bərkidə bilərik.
Suflyor aparıcının tamaşaçılardan üz çevirmədən əsas ekranda təqdimatını görməyə imkan verən bir ekrandır. Bu, adətən, bir plazma ekran və ya LCD monitor ilə ya səhnənin qarşısında, otağın arxasında və ya iştirakçıların oturduğu hissənin yuxarısında quraşdırılır. Monitorun auditoriyaya yaxın yerləşdirilməsi məsləhətdir ki, aparıcı və ya natiqin diqqəti onlardan yayınmasın.
Suflyor qutusu qara və ya ağ rəngli təklif edilir. Bu Suflyor qutuları həmçinin brendinq edilə bilər.
Profil spotları, elips, lekosun bütün növləri. Hər bir tədbirdən sonra işıqlandırma avadanlığını təmizləyirik ki, növbəti tədbirə hazır olsun.
Konfranslar üçün Philips masaüstü mikrofon icarəsi. Kiçik və ya orta səviyyəli konfranslar üçün mükəmməldir. Rəqəmsal səs sistemi. Mobil telefon müdaxiləsinə aşağı həssaslıq.
Bosch DCN Next Generation mikrafonlarının konfranslar üçün icarəsi. Azərbaycanda konfranslarda istifadə olunan ən yaxşı məhsuldur. Bosch-dan tam rəgəmsal konfrans sistemidir. Mobil telefon müdaxiləsinə qarşı aşağı həssaslıq.
Tədbirləriniz üçün peşəkar rəqəmsal səsyazma avadanlığı. Həm tək, həm də çox kanallı rejimdə səs yazma üçün müxtəlif seçimlərimiz var. Tələbləriniz əsasında lazımi avadanlıqları təqdim edə bilərik.
