Bizim peşəkar eyətdən ibarət komanda sizin tədbirlərinizi yüksək səviyyədə təşkil etməyə və keçirməyə hər zaman hazırdır. Tədbirlər üçün nəzərdə tutulan heyətə fotoqraf, baş ofisiant, işıqlandırma və video avadanlıq üzrə texniklər və digər şəxslər aiddir. Bizim şirkətimiz uğurlu tədbirin təşkil edilməsinin bütün mərhələlərində peşəkar köməyin necə vacib bir məqam olduğunu gözəl anlayır.
Tədbirlər üçün heyət
Tədbirlərin idarə edilməsi hər zaman peşəkar hazırlığı və təşkilatçılığı nəzərdə tutur. Əksər hallarda konfranslar və müxtəlif tədbirlər geniş miqyasda keçirilir. Bu halda peşəkar heyətlə əlaqəli bütün suallara avtomatik cavab verilir. Tədbirin keyfiyyətli şəkildə təşkil edilməsi hazırlıq keçmiş və təcrübəli heyət tərəfindən həyata keçirilə bilər. Bizim şirkətimiz konfrans və tədbirlərin yüksək səviyyədə təşkil edilməsi üçün peşəkar heyətdən ibarət böyük bir komanda yığmışdır. Müştərinin istəyinə uyğun olaraq həm texniki avadanlıqlar üzrə operatorlar, həm də sinxron (ardıcıl) tərcüməçi xidməti də təklif edilə bilər. Tədbirdən əvvəl heyət tədbirin detalları ilə tanış olmaq məqsədilə təlimat ala bilər. Bu yolla peşəkar heyət şirkətin nümayəndə heyəti olaraq sizin tədbirlərinizlə əlaqədar bütün məsələlər üzrə yüksək səviyyədə hazırlıq keçmiş olacaqdır. Bu da öz növbəsində həm şirkətin reytinqi və imicini qaldırar, həm də tamaşaçı kütləsinin diqqətini maksimum dərəcədə cəlb etmiş olar.
Tədbirdən əvvəl led ekranların quraşdırılmasını və tədbir zamanı dəstəklənməsini təmin edən peşəkar LED ekran operatorları təklif edirik, onlar tədbirin problemsiz keçirilməsini təmin edirlər.
Tədbirləriniz üçün ardıcıl tərcüməçilər təmin edirik. Qarşıdan gələn tədbir beynəlxalq bir konfrans, bir fabrik turu, bir gala yeməyi və ya işgüzar görüş olsun, sizin üçün hər zaman bir həllimiz var. Tərcüməçilərimiz 10 illik peşəkar təcrübəyə sahibdirlər və müxtəlif mövzulu tərcümələrdə iştirak ediblər.
İşıqlandırma texnikləri həm işıqlandırma qurğularının qurulması və tənzimlənməsi, həm də tədbir zamanı texniki masada işləyirlər.
Tədbir videoqrafı adətən tədbir üçün promo video klip çəkir. Bu videoqraf DSLR və ya oxşar kamera avadanlığı istifadə edir və promo video materialında istifadə etmək üçün tədbirdən yaddaqalan anları lentə alır. Nümunə olaraq göstərə biləcəyimiz bir çox video kliplərimiz var; layihə menecerlərinə müraciət edin, onları sizinlə paylaşacaqlar.
Tədbirinizdə qeydiyyat aparmaq üçün ingilis, azərbaycanca və rusca danışan personal təqdim edirik. Onlar qonaqların qarşılanmasında, sürətli qeydiyyatın aparılmasında, yaxa kartların çap edilməsində və hədiyyələrin paylanmasında təcrübəyə malikdirlər.
Tədbirlər üçün meydançaların hazırlanması
Meydançanın seçilməsi və onun dekorasiyası tədbirin hazırlanmasında məsuliyyətli mərhələdir. Tədbirin uğurla keçməsi meydançanın hazırlanmasından asılıdır. Siz məkanı seçdikdən sonra yerdə qalan digər zəhmətli işləri bizə həvalə edə bilərsiniz. Biz hər şeyi xırda detallarına kimi düşünərik: qonaqların rahat yerləşdirilməsi, qarderob, paylanan materiallar, kofe-breyk üçün zona və digər məsələlər. Bundan başqa bizim peşəkar heyət səs və video avadanlığın hazırlanması məsələsi ilə də məşğul olacaqdır. Videooperator və fotoqrafın sayəsində tədbirin bütün yaddaqalan anları qeydə alınacaqdır. Dron vasitəsilə peşəkar videoçəkiliş şirkət üçün keyfiyyətli reklam videosunun çəkilməsi üçün əla vasitədir. Bizim DJ və MC əyləncəli tədbirlərin sonunda sizə şən bir atmosfer təşkil edəcəklər. Daha tədbirinizin təşkili ilə bağlı bütün məqamlar barədə narahat olmağınıza ehtiyac yoxdur. Bizim tədbirlər üçün nəzərdə tutulmuş heyətimiz bütün bu işləri yüksək səviyyədə həyata keçirəcəkdir, bütün qonaqlar və iştirakçılar razı qalacaqlar.
Tədbirin idarə edilməsi
Tədbir və ya konfransın təşkil edilməsi zamanı təşkilatçının çiyinlərinə hər zaman böyük yük düşür. Hər bir məsələni dəqiq vaxtında həll etmək, texniki avadanlığın qoşulmasını təmin etmək və qonaqlar üçün rahat şərait yaratmaq lazım olur. Bütün bu məsələlərin həlli bizimlə çox asandır! Tədbirlərin idarə edilməsi bizim peşəkar iş istiqamətlərimizdən biridir. Biz hər bir məqamı təşkil edirik, bura qonaqların gözləmə zalında qarşılanması və DJ vasitəsilə tədbirin əyləncəli şəkildə sonlandırılması da aiddir. Proqram zamanı peşəkar heyət səslənməyə, LED-proyektorlara və işıqlandırmaya nəzarət edəcəkdir. Biz kreativ mühit və ya elmi konfrans üçün zəruri atmosferi yarada bilərik. Biz istənilən miqyaslı tədbirlərlə bağlı məsələləri həll edə bilərik. Keyfiyyətli şəkildə təşkil edilmiş tədbir şirkətin reytinqinin qaldırılması üçün müsbət bir cəhətdir. Bizim peşəkar heyət bütün məqamları düşünəcəkdir. Ehtiyac yarandığı halda tədbir və ya konfrans üçün sinxron (ardıcıl) tərcüməçi xidməti də təklif oluna bilər. Tərcümə radio əlaqə vasitəsilə iştirakçıların taxdığı qulaqcıqlara ötürüləcək və ya ekranda əks olunacaqdır. Tədbirdən əvvəl bütün texniki avadanlıqlar üzrə xidmət yoxlanılacaqdır. Bizim komanda tədbirin təşkil edilməsi və keçirilməsində sizə peşəkar xidmət göstərəcəkdir.