Elmi sənədlərin tərcüməsi
Elmi tərcümə ən çətin tərcümə növlərindən biridir. Adi tərcümədən fərqli olaraq elmi sənədlərin tərcüməsində anlaşılmaz təriflər, ara cümlələr, metaforlar və ya ifadələr yoxdur. Bura dərsliklər, elmi məqalələr, monoqrafiyalar, konfrans məruzələri, referatlar, resenziyalar, dissertasiyalar aid edilir. Savadlı və dəqiq tərcümə üçün tərcüməçi mövzuya bələd olmalı və elmi terminologiyanı bilməlidir. Yəqin, siz də razılaşarsınız ki, magistr dissertasiyasını onun strukturunu və mövzunun mahiyyətini bilmədən tərcümə etmək asan deyil. Məhz buna görə tərcüməçi seçdikdə sifarişçi yalnız onun təcrübəsindən deyil, həm də onun peşəkarlığından əmin olmalıdır. Konfransmarket tərcümə bürosu elmi mövzuda sizə lazım olan istənilən tərcüməni edəcəkdir.
Elmi tərcümənin xüsusiyyətləri
Elmi tərcümə hər zaman özündə spesifik terminlər ehtiva edir. Bu terminləri elə formada tərcümə etmək lazımdır ki, kontekstdə onların mənası itməsin. Hər bir termin orijinal və ya tərcümə dilinin termin sisteminə uyğun olmalıdır. Bu halda məna itməyəcək və oxuyucuya aydın olacaq. Əgər xaricdə oxumağı planlaşdırırsınızsa, sorğunuza elmi iş tezislərini də əlavə etməlisiniz. Tərcümədən sizin işinizin və sizin necə qəbul ediləcəyiniz asılıdır. Bu səbəbdən də keyfiyyətli tərcüməçi seçmək lazımdır. Konfransmarket tərcümə bürosunda mükəmməl dil bilikləri və elmi tərcümələrdə səriştəyə sahib tərcüməçilər fəaliyyət göstərir. Bizi seçərək, siz keyfiyyəti seçirsiniz.
Tərcümə qiyməti və prosesi
Tərcümə prosesi mətnin təhlilindən başlayır. Tərcüməçi mətnin mövzusunu və söz sayını müəyyənləşdirir. Bu göstəricilərdən asılı olaraq qiymət formalaşır. Mətn tərcümə olunduqdan sonra yenidən oxunur və yoxlanır. Yoxlama – elmi tərcümənin vacib mərhələsidir. Bu mərhələdə tərcüməçi tərcümə olunan mətni, orijinal ilə tutuşduraraq yoxlayır və bütün rəqəm göstəricilərini yenidən nəzərdən keçirir. Biz bilirik ki, mətndə ən kiçik səhv və ya xəta yolverilməzdir. Mətn yoxlandıqdan sonra səhifələnmə prosesi başlanır. Biz tərcümə mətnini orijinal mətn ilə eyni formada tərtib etməyə çalışırıq. Bu ona görə vacibdir ki, misal orijinal mətnin iki yüzüncü səhifəsinin tərcüməsi tərcümə mətnindəki həmin səhifə ilə üst-üstə düşsün. Bütün mərhələlər başa çatdıqdan sonra hazır tərcümə sifarişçiyə göndərilir.
Tərcümə avadanlığı
Hamısı>>
Kiçik və orta otaqlar üçün nəzərdə tutulur. Xüsusi dizaynı var və məkanınızın daxili görünüşünə uyğun müxtəlif rəng çeşidləri mövcuddur. Ən çox istifadə edilən rəng bozdur. Kabin tədbir ərazisinə çatdırılır və yerində quraşdırılır.
Bosch DCN Next Generation mikrafonlarının konfranslar üçün icarəsi. Azərbaycanda konfranslarda istifadə olunan ən yaxşı məhsuldur. Bosch-dan tam rəgəmsal konfrans sistemidir. Mobil telefon müdaxiləsinə qarşı aşağı həssaslıq.
Comments are closed