Haqqında
H=80 sm
D=1,20 sm
Məhsul Brendləri
Digər məhsullar
Tədbirləriniz üçün peşəkar rəqəmsal səsyazma avadanlığı. Həm tək, həm də çox kanallı rejimdə səs yazma üçün müxtəlif seçimlərimiz var. Tələbləriniz əsasında lazımi avadanlıqları təqdim edə bilərik.
Qırmızı Xalça özlərini məhşurlar kimi hiss etmək istəyən qonaqlarınız üçün gala axşamları, Hollywood və Bollywood üslublu ziyafətlər zamanı istifadə olunur. Həm də fotovol qarşısında fotozona ilə birgə istifadə oluna bilər.
Tədbir, konfrans və ya qrim otağı üçün təkərli asılqan icarəsi. Təkərlər üzərində asanlıqla hərəkət etdirilir. Paltar asqısı da mövcuddur.
Damla bayraqlar, salonlarda, fasilələrdə , lobbilərdə və s. tədbirlərdə və ya şirkətin reklamı üçün istifadə olunan mobil bayraqdır. Bayraq hündürlüyü 4 və ya 5 metrdir. Bütün bayrağı brendinq etmək mümkündür.
Podium (kürsü) mikrofon icarəsi. Kürsüdə mükəmməl akustika üçün Sennheiser, Shure brendinin mikrofonları istifadə olunur. Bu mikrofonlar təqdimatçının səsini istənilən mövqedən tutmaq üçün xüsusi dizayn edilmiş çoxtərəfli kapsullarla təchiz olunmuşdur.
Suflyor aparıcının tamaşaçılardan üz çevirmədən əsas ekranda təqdimatını görməyə imkan verən bir ekrandır. Bu, adətən, bir plazma ekran və ya LCD monitor ilə ya səhnənin qarşısında, otağın arxasında və ya iştirakçıların oturduğu hissənin yuxarısında quraşdırılır. Monitorun auditoriyaya yaxın yerləşdirilməsi məsləhətdir ki, aparıcı və ya natiqin diqqəti onlardan yayınmasın.
Suflyor qutusu qara və ya ağ rəngli təklif edilir. Bu Suflyor qutuları həmçinin brendinq edilə bilər.
Simsiz baş mikrofonu təqdimat zamanı səhnədə əl və bədənin rahat hərəkət etməsi üçün idealdır. Spiker səhnədə tamaşaçı ilə fəal şəkildə müzakirə etdikdə kənar səsi tutmur. Sennheiser, AKG, BeyerDynamic, Mipro kimi dünya səviyyəli markaları təqdim edirik.
Rəngli laserjet printer icarəsi. Bu printer kiçik və orta ölçülü tədbirlər üçün uyğunudur. Printer birdən çox kompüterə qoşula bilər.
