Showing all 18 results
Team building və ya Timbildinq nədir? Dilimizə məna tərcüməsi etsək Komandaqurma kimi tərcümə olunan bu ifadə altında maraqlı bir xidmət yatır.
Timbildinq nədir?
İş kollektivində motivasiya yaratmaq üçün tətbiq olunan timbildinqi belə təsvir etmək olar. Birlikdə (müştərək) aktiv istirahət və əyləncə, korporativ oyunlar və təlimlər yolu ilə komanda birliyinə nail olmaq üçün istiqamətlənmiş tədbirlər toplusu.
Timbildinq şirkətin uğurlu olması üçün üsullardan biridir. Şirkət rəhbərlərinin qarşısında duran vəzifələrdən biri kollektivin motivasiyasını yüksək tutmaqdır. Bunun üçün timbildinq fəaliyyətinə üstünlük vermək faydalı olar. Uğur qazanmaq yalnız şirkətin düzgün təşkil olunmuş biznes fəaliyyətində deyil, eyni zamanda kollektivin daxilində qarşılıqlı münasibətlərin düzgün qurulmasındadır. Qarşılıqlı münasibətləri düzgün qurulmamış kollektiv şirkəti hər zaman geriyə çəkir. Hansı ölkədə olmasından və fəaliyyət növündən asılı olmayaraq, hər bir şirkətin qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün güclü komandaya ehtiyacı var.
Timbildinqin əsas məqsədləri
Timbildinqin əsas məqsədlərini bu başlıqlar altında qruplaşdıra bilərik:
• Komanda ruhu, komanda birliyi yaratmaq;
• Birgə və əlaqələndirilmiş fəaliyət üçün vərdişlər yaratmaq;
• Əməkdaşlar arasında rəqabət hissini əməkdaşlıq hissi ilə əvəz etmək;
• Komanda üzvləri arasında qarşılıqlı əlaqəni təmin etmək;
• Komanda daxilində inam və anlaşmanı inkişaf etdirmək;
• Motivasiyanı yüksəltmək;
• Ruh yüksəkliyini artırmaq, pozitiv əhval-ruhiyyə yaratmaq;
• Əməkdaşların psixoloji düşüncələrini inkişaf etdirmək;
• Mövcud şəraitə uyğunlaşmaq və adaptasiyanı təmin etmək.
Timbildinq necə keçirilir?
Konfransmarket şirkətinin xarici partnyorlarla birgə tərtib etdiyi onlarla Timbildinq proqramları (Team building) mövcuddur. Tətbiq olunan şirkətin əməkdaşları bir neçə qrupa (komandaya) bölünür. Komanda üzvləri keiriləcək oyun üzrə təlimatlandırılır. Oyun sahəsi (məkanı) hazırlanır. Oyunun aktivliyini artırmaq üçün şirkətimiz tərəfindən əlavə şəxslər cəlb olunur. Bütün oyunun gedişatı, dəyərləndirmə, mükafatlandırma şirkətimizin timbildinq mütəxəssisləri tərəfində aparılır.
Hər bir şirkət üçün hazır proqramlardan əlavə olaraq fərdiq proqramlar da işləyib təklif edə bilərik.
Ölkəmizdə hər il çox sayda timbildinq tədbirləri həyata keçiririk. Bəzi şirkətlərin istəyi ilə hətta xaricdən xüsusi şəxslər cəlb edərək daha maraqlı və unikal tədbirlər həyata keçirmişik.
Hər bir Timbildinq proqramı komanda ruhunu yüksәltmәk vә işçilәrdә hәvәs oyatmaq üçün hazırlanmışdır.