Ümumi informasiya
Beat the Box
Beat the Box gizli bir səsin iştirakçıları oyuna çağırdığı video mesaj ilə başlayır. Hər komandanın qarşısına bir metal qutu qoyulur. Onların hər birinin içində açılması tələb olunan bir sıra kilidli qutular olur. Otağa da bir saat qoyulur. Verilmiş vaxt ərzində komandalar bir tapşırıqdan digərinə keçmək üçün tapşırıqları həll etməli, kombinasiyaları və sirləri tapmalıdırlar. Və sonda vaxt tamam olmadan tapılmış kodu edib elektron kod kilidinə daxil etməlidirlər. Nə düşünürsünüz, bəs sizin komandanız qalib gələ bilərmi?
Haqqında
Say: 15-30 nəfər
Müddət: 1,5-3 saat
Məkan: Qapalı məkanda/Açıq havada
Yanaşma: Rəqabətli&Komanda ilə birlikdə
Məhsul Brendləri
Təkliflərimiz
Digər məhsullar
Kiçik konfranslar üçün proyeksiya ekranı.
Bu cihaz Bosch masaüstü mikrofonlarının sayı 24-dən çox olduqda onları birləşdirmək və ya konfrans otağında uzun kabellər istifadə olunduqda tələb olunur. Cihazın içində dcn splitter var və buna görə də cihazı mikrofon kabellərinin istənilən yerinə birləşdirmək olur. Bu cihazdan böyük konfranslarda və ya uzun məsafədən ziqzaq formasında mikrofon kabelləşməsi tələb olunan "sinif otağı" tipli tədbirlərdə istifadə olunur.
Orta miqyaslı konfranslar üçün səs sistemi.100 nəfərə qədər iştirakçısı olan orta konfrans zalı üçün idealdır. Sistemə ayaqlıq üzərində 400 və ya 500 vattlıq dinamik, lazım olarsa sabvufer, bundan əlavə səs mikseri, səs amplifikatı, əl mikrofonu daxildir. Texniki əməkdaşlar tədbirdən bir gün əvvəl sistemi qurur və tədbir zamanı idarə edir.