Tədbirlərin dekorasiyası konfransların, seminarların və digər tədbirlərin təşkil edilməsi prosesində çox vacib bir məqamdır. Bizim şirkətimiz beynəlxalq və yerli tədbirlərin yüksək səviyyədə təşkil edilməsi ilə məşğul olur. Siz əmin ola bilərsiniz ki, Sizin tədbiriniz üçün seçim edərək reallaşdırdığımız dizayn Bakı şəhərində rast gələ biləcəyiniz ən gözəl dizaynlardan biri olacaqdır.
Konfrans zalının dekorasiyası
İstənilən konfransın ayrılmaz atributu dekorasiyaların olmasıdır. Düzgün seçilmiş dekorasiya istənilən tədbiri bəzəyə bilər və tamaşaçıların marağına səbəb ola bilər. Əksəriyyət hallarda konfranslarda, forumlarda, biznes görüşlərində və ya işgüzar tədbirlərdə iştirak edən şəxslər alimlər, nümayəndələr və iş adamları olur. Onların həmişəlik yadında qalacaq məqam ilk növbədə konfrans zalının dekorasiyası olacaqdır, bu, onların yaradıcı insan olmaları ilə yaxından əlaqəlidir. Məhz buna görə də bir çox detal və məqamlara fikir vermək çox vacib bir məsələdir. Zalın canlı bitkilərlə bəzədilməsi, işıq avadanlığının quraşdırılması və qeydiyyatdan keçmə məkanın yerləşdirilməsi məsələsi ən xırda məqamlara qədər düşünülməlidir. Əgər dekorasiyaların sayı az olsa və ya əksinə çox olsa, bu zaman tamaşaçının diqqəti yayına bilər. Məhz buna görə də konfrans zalının dekorasiyası xüsusilə daha ciddi rəng çalarında və aydın formalı olmalıdır.
Tədbirlər üçün dekorasiyalar
Məkanın dekorasiyasının qurulması məsələsinə düzgün yanaşma hər zaman təşkilatçının nüfuzunu artırır. Rahatlıq və komfort gətirən bir mühit tədbirdə iştirak edən hər bir şəxsin maksimum dərəcədə zövq almasına imkan yaradacaqdır. Elmi müzakirələr, biznes forumlar və tamaşaçı kütləsinin qarşılıqlı ünsiyyətdə olmasını nəzərdə tutan digər tədbirlər də təbii ki daha səmərəli keçəcəkdir. Bu zaman tədbirlərin dekorasiyasını düzgün seçmək vacib şərtdir. Fotozonalar, roll-up və məlumat lövhələri quraşdırıla bilər. Tədbirin çox uğurlu şəkildə keçməsi yalnız tədbirin proqramından deyil, həm də dekorasiyalardan asılıdır. Biz Sizin tədbiriniz üçün unikal bir dizayn yaratmağa hazırıq. Biz tədbirin növündən asılı olaraq lazımi dekorasiyaları seçəcəyik. Misal üçün, onlayn kursun məzunları üçün təşkil edilən görüş üçün məkan daha sərbəst üslubda dizayn edilməlidir. Elastik kreslolar, LED hərflər, şarlar və s. Restoran, kafe və ya otelin açılışı üçün məkanı xalı və şarlarla dekor etmək daha məqsədəuyğundur. Bu növ dekorasiya bayram əhval-ruhiyyəsi yaradacaqdır.
Konfrans zalları üçün mebel
Bir qayda olaraq işgüzar tədbirlər və elmi konfranslar rəsmi üslubda keçirilir. Əksəriyyət hallarda ağ və ya qara rəngli stol və stullardan istifadə olunur. İşgüzar bir ortam yaratmaq üçün stolların üzərinə göy rəngli süfrələr salına bilər. Konfrans zalının dekor edilməsi zamanı mebeldən istifadə nəzərə alındığı halda kofe-breyk və ya furşet zonalarının da tərtibatı gözdən keçirilməlidir. Düzgün seçilmiş mebel hər bir iştirakçının özünü komfortda hiss edə biləcəyi rahat bir mühit yaradacaqdır. Bizim şirkətimiz həmçinin qonaqları düzgün yerləşdirməyə və bütün mebeli quraşdırmağa kömək edəcəkdir.
Səhnənin dekor edilməsi Müxtəlif tədbirlərin təşkili zamanı tamamilə fərqli dekorasiyalar tələb oluna bilər. Təqdimata ehtiyacı olan yeni bir məhsulun təqdimatı və ya reklamı zamanı podiumun quraşdırılması tələb olunacaqdır. Səhnəni və məkanı şarlarla bəzədiyimiz halda tədbirə sanki bir bayram əhval-ruhiyyəsi qatmış oluruq. Təbaşirli ştativ lövhədə reklam xarakterli məlumat və ya göstəricilər əks oluna bilər. Səhnə elə bir yerdir ki, bütün tamaşaçıların əsas diqqəti ora yönəlir. Xalı və baner örtüyü də mebelin rəngində seçilməlidir. Çox vacib bir məqam odur ki, rekvizit tamaşaçının diqqətini çox yükləməsin. Konfrans zalın dekorasiyası ən xırda detallara qədər düşünülməlidir. Bu, kifayət qədər çox zəhmət tələb edən və məsuliyyətli bir işdir və biz şirkət olaraq bu işdə hər zaman Sizin yanınızda olmağa hazırıq. Biz böyük məmnuniyyətlə sizin məkanınızı dekor edərik, qonaqlarınız yerləşdirilməsini təşkil edərik və stollarınız üzərini canlı güllərlə bəzəyərik. Siz bütün dekorasiyaları ala və ya icarəyə götürə bilərsiniz.