Ümumi informasiya
Flipchart və lövhələr üçün rəngli maqnitlər
Yaddaş lövhələri, flipçart, ağ lövhələr və ya istənilən metal səth üstündə istifadə oluna bilən rəngli maqnitlər.
Haqqında
Flipchart və lövhələr üçün rəngli maqnitlər
Minimum sifariş miqdarını və çatdırılma üçün bizimlə əlaqə saxlayın: (+994 50) 513 11 33
Məhsul Brendləri
Təkliflərimiz
Flipchart markerləri təqdim olunur. Bir flipchart icarəyə götürdüyünüz zaman, markerlər olmadan sadəcə flipchart özü gəlir. Markerləri ayrıca sifariş verməlisiniz. Qırmızı, Yaşıl, Mavi, Qara rənglər mövcuddur.
Digər məhsullar
Tədbirləriniz üçün peşəkar rəqəmsal səsyazma avadanlığı. Həm tək, həm də çox kanallı rejimdə səs yazma üçün müxtəlif seçimlərimiz var. Tələbləriniz əsasında lazımi avadanlıqları təqdim edə bilərik.
Konfranslar üçün Philips masaüstü mikrofon icarəsi. Kiçik və ya orta səviyyəli konfranslar üçün mükəmməldir. Rəqəmsal səs sistemi. Mobil telefon müdaxiləsinə aşağı həssaslıq.
Orta miqyaslı konfranslar üçün səs sistemi.100 nəfərə qədər iştirakçısı olan orta konfrans zalı üçün idealdır. Sistemə ayaqlıq üzərində 400 və ya 500 vattlıq dinamik, lazım olarsa sabvufer, bundan əlavə səs mikseri, səs amplifikatı, əl mikrofonu daxildir. Texniki əməkdaşlar tədbirdən bir gün əvvəl sistemi qurur və tədbir zamanı idarə edir.
Bu cihaz Bosch masaüstü mikrofonlarının sayı 24-dən çox olduqda onları birləşdirmək və ya konfrans otağında uzun kabellər istifadə olunduqda tələb olunur. Cihazın içində dcn splitter var və buna görə də cihazı mikrofon kabellərinin istənilən yerinə birləşdirmək olur. Bu cihazdan böyük konfranslarda və ya uzun məsafədən ziqzaq formasında mikrofon kabelləşməsi tələb olunan "sinif otağı" tipli tədbirlərdə istifadə olunur.
Təqdimat və vokal çıxışlar üçün simsiz əl mikrofonu. Ən yaxşı markalardan mikrofonlarımız mövcuddur. Onlar konfranslar, qala ziyafətləri, musiqili tamaşalar üçün nəzərdə tutulmuşdur. Bizim həmçinin ən yüksək səviyyəli musiqili çıxışların tələblərini qarşılayacaq imkanlarımız var.
Kiçik və orta otaqlar üçün nəzərdə tutulur. Xüsusi dizaynı var və məkanınızın daxili görünüşünə uyğun müxtəlif rəng çeşidləri mövcuddur. Ən çox istifadə edilən rəng bozdur. Kabin tədbir ərazisinə çatdırılır və yerində quraşdırılır.
Podium (kürsü) mikrofon icarəsi. Kürsüdə mükəmməl akustika üçün Sennheiser, Shure brendinin mikrofonları istifadə olunur. Bu mikrofonlar təqdimatçının səsini istənilən mövqedən tutmaq üçün xüsusi dizayn edilmiş çoxtərəfli kapsullarla təchiz olunmuşdur.
