Ümumi informasiya
Foto Mozaika Divar
Tədbir zamanı çəkilmiş fotoşəkillərdən bulmacalar yaradan quraşdırma. Tədbirin qonağı fotostend yaxınlığında şəkil çəkdirir. Hazır fotoşəkil proqram tərəfindən işlənir və çapa göndərilir. Hər bir fotoşəkilə bir nömrə verilir, onu foto divarında tapmalı, şəklinizi ona ayrılmış yerə yerləşdirin.
Tədbirdə fotoqraf işləyir, çəkilmiş fotoşəkillər kompüterə yüklənir və foto printerdə çap olunur.
Son nəticə emblem və ya loqo, marka olan böyük bir fotomozaika panelidir.
Loqo üzlərdə! İnsanlar hər hansı bir şirkətin əsas sərvətidir!
Məhsul Brendləri
Təkliflərimiz
Digər məhsullar
Bosch DCN Next Generation mikrafonlarının konfranslar üçün icarəsi. Azərbaycanda konfranslarda istifadə olunan ən yaxşı məhsuldur. Bosch-dan tam rəgəmsal konfrans sistemidir. Mobil telefon müdaxiləsinə qarşı aşağı həssaslıq.
Damla bayraqlar, salonlarda, fasilələrdə , lobbilərdə və s. tədbirlərdə və ya şirkətin reklamı üçün istifadə olunan mobil bayraqdır. Bayraq hündürlüyü 4 və ya 5 metrdir. Bütün bayrağı brendinq etmək mümkündür.
Qırmızı Xalça özlərini məhşurlar kimi hiss etmək istəyən qonaqlarınız üçün gala axşamları, Hollywood və Bollywood üslublu ziyafətlər zamanı istifadə olunur. Həm də fotovol qarşısında fotozona ilə birgə istifadə oluna bilər.
Podium (kürsü) mikrofon icarəsi. Kürsüdə mükəmməl akustika üçün Sennheiser, Shure brendinin mikrofonları istifadə olunur. Bu mikrofonlar təqdimatçının səsini istənilən mövqedən tutmaq üçün xüsusi dizayn edilmiş çoxtərəfli kapsullarla təchiz olunmuşdur.
Tədbir, konfrans və ya qrim otağı üçün təkərli asılqan icarəsi. Təkərlər üzərində asanlıqla hərəkət etdirilir. Paltar asqısı da mövcuddur.
Konfranslar üçün Philips masaüstü mikrofon icarəsi. Kiçik və ya orta səviyyəli konfranslar üçün mükəmməldir. Rəqəmsal səs sistemi. Mobil telefon müdaxiləsinə aşağı həssaslıq.
Otellər, restoranlar, alış-veriş mərkəzləri və sərgilər üçün mükəmməl reklam və məlumatlandırma vasitəsi olan Kiosk Masa, diqqətçəkən vizual təqdimatları ilə auditoriyanı cəlb edir, məlumatları effektiv şəkildə çatdırır və müştəri təcrübəsini daha interaktiv və unikal edir. Bu innovativ platforma, müştərilərinizə asan və rahat xidmət imkanı təqdim edir.
Texniki xarakteristikalar:
- İstifadə sahələri: Otellər, restoranlar, alış-veriş mərkəzləri, sərgilər
- Vizuallar: Cəlbedici və dinamik dizayn ilə vizual təqdimat
- İnteraktivlik: Müştərilər üçün rahat və sürətli məlumat əldə etmə imkanı
- Məzmun idarəetməsi: Asan və sürətli məzmun dəyişiklikləri
- Yüksək keyfiyyətli ekran: Aydın görüntü və mükəmməl həllər
- Modul quruluş: Fərqli mühitlərə uyğunlaşan çevik və istifadəyə rahat dizayn
Bu cihaz Bosch masaüstü mikrofonlarının sayı 24-dən çox olduqda onları birləşdirmək və ya konfrans otağında uzun kabellər istifadə olunduqda tələb olunur. Cihazın içində dcn splitter var və buna görə də cihazı mikrofon kabellərinin istənilən yerinə birləşdirmək olur. Bu cihazdan böyük konfranslarda və ya uzun məsafədən ziqzaq formasında mikrofon kabelləşməsi tələb olunan "sinif otağı" tipli tədbirlərdə istifadə olunur.








