Ümumi informasiya
Rekvizitlər
Foto və video interaktiv elementlər üçün müxtəlif rekvizitlər. Bizdə həm hazır rekvizitlər, həm də brendinizin tələblərinə uyğun olaraq xüsusi hazırlanmış rekvizitlərimiz var. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.
Haqqında
Rekvizitlər
Məhsul Brendləri
Təkliflərimiz
Digər məhsullar
Damla bayraqlar, salonlarda, fasilələrdə , lobbilərdə və s. tədbirlərdə və ya şirkətin reklamı üçün istifadə olunan mobil bayraqdır. Bayraq hündürlüyü 4 və ya 5 metrdir. Bütün bayrağı brendinq etmək mümkündür.
Bu cihaz Bosch masaüstü mikrofonlarının sayı 24-dən çox olduqda onları birləşdirmək və ya konfrans otağında uzun kabellər istifadə olunduqda tələb olunur. Cihazın içində dcn splitter var və buna görə də cihazı mikrofon kabellərinin istənilən yerinə birləşdirmək olur. Bu cihazdan böyük konfranslarda və ya uzun məsafədən ziqzaq formasında mikrofon kabelləşməsi tələb olunan "sinif otağı" tipli tədbirlərdə istifadə olunur.
Otellər, restoranlar, alış-veriş mərkəzləri və sərgilər üçün mükəmməl reklam və məlumatlandırma vasitəsi olan Kiosk Masa, diqqətçəkən vizual təqdimatları ilə auditoriyanı cəlb edir, məlumatları effektiv şəkildə çatdırır və müştəri təcrübəsini daha interaktiv və unikal edir. Bu innovativ platforma, müştərilərinizə asan və rahat xidmət imkanı təqdim edir.
Texniki xarakteristikalar:
- İstifadə sahələri: Otellər, restoranlar, alış-veriş mərkəzləri, sərgilər
- Vizuallar: Cəlbedici və dinamik dizayn ilə vizual təqdimat
- İnteraktivlik: Müştərilər üçün rahat və sürətli məlumat əldə etmə imkanı
- Məzmun idarəetməsi: Asan və sürətli məzmun dəyişiklikləri
- Yüksək keyfiyyətli ekran: Aydın görüntü və mükəmməl həllər
- Modul quruluş: Fərqli mühitlərə uyğunlaşan çevik və istifadəyə rahat dizayn
Konfranslar üçün Philips masaüstü mikrofon icarəsi. Kiçik və ya orta səviyyəli konfranslar üçün mükəmməldir. Rəqəmsal səs sistemi. Mobil telefon müdaxiləsinə aşağı həssaslıq.
Kiçik konfranslar üçün proyeksiya ekranı.
Tədbir, konfrans və ya qrim otağı üçün təkərli asılqan icarəsi. Təkərlər üzərində asanlıqla hərəkət etdirilir. Paltar asqısı da mövcuddur.
