Ümumi informasiya
Midas rəqəmsal səs mikşeri
Məhsul Brendləri
son baxılanlar
Digər məhsullar
Kiçik konfranslar üçün proyeksiya ekranı.
Tədbirinizdə çap etmək tələb olunursa çoxfunksiyalı rəngli printerləri təqdim edirik. Komandanız üçün müvəqqəti layihə ofisini və ya media mərkəzini yarada bilərik. Bu printerin ikisi və ya bir neçəsinin birdən çox kompüterə asanlıqla kabelsiz bağlana bilməsi üçün xüsusi şəbəkə yarada bilərik.
Səhnə döşəmənizin qara və ya ağ rəngdə mat olması lazımdırsa, səhnəyə banner (fleksiyalı) döşəmə sala bilərsiz. Biz 440 qr/m2 keyfiyyətli banerlərdən istifadə edirik. Banerləri sərdikdən sonra ehtiyac olarsa onları stepler ilə bərkidə bilərik.
Tədbirləriniz üçün peşəkar rəqəmsal səsyazma avadanlığı. Həm tək, həm də çox kanallı rejimdə səs yazma üçün müxtəlif seçimlərimiz var. Tələbləriniz əsasında lazımi avadanlıqları təqdim edə bilərik.
100 metr məsafədən prezentasiyanı idarə etmək üçün peşəkar kliker. Orta və böyük zallarda təqdimat laptopunun texniki masadan idarə olunduğu tədbirlər üçün mükəmməldir. Bu kliker eyni zamanda dörd noutbuka nəzarət edə bilər.
Bu cihaz Bosch masaüstü mikrofonlarının sayı 24-dən çox olduqda onları birləşdirmək və ya konfrans otağında uzun kabellər istifadə olunduqda tələb olunur. Cihazın içində dcn splitter var və buna görə də cihazı mikrofon kabellərinin istənilən yerinə birləşdirmək olur. Bu cihazdan böyük konfranslarda və ya uzun məsafədən ziqzaq formasında mikrofon kabelləşməsi tələb olunan "sinif otağı" tipli tədbirlərdə istifadə olunur.
Kiçik konfrans zalları üçün akustik sistem. 30-a qədər iştirakçısı olan kiçik konfrans zalları üçün idealdır. Sistemə səs mikserləri, səs gücləndiricisi, əl mikrofonu və ştativ üzərində 400 vatt dinamik daxildir. Texniki personal konfransdan bir gün əvvəl sistemi qurur və tədbir zamanı onu idarə edir.
