Ümumi informasiya
Tribuna 300 seriyası
İcarə və satış üçün tribuna (kürsü). Bu tribunanı istər sadəcə ön tərəfini istərsə də bütöv olaraq sizin tədbirin vəya korporativ stilinizə uyğun olaraq vinil ilə brendinq etmək mümkündür. Kürsünün üzərinə noutbuk, kağız və qələm qoymaq rəfi var. Tribunaya mikrofon quraşdırmaq üçün də yer qoyulub.
Tribuna öz dizayn və istehsalımızdır. İstənilən rəngdə sifariş edə bilərsiniz.
Haqqında
Məhsul Brendləri
Təkliflərimiz
Podium (kürsü) mikrofon icarəsi. Kürsüdə mükəmməl akustika üçün Sennheiser, Shure brendinin mikrofonları istifadə olunur. Bu mikrofonlar təqdimatçının səsini istənilən mövqedən tutmaq üçün xüsusi dizayn edilmiş çoxtərəfli kapsullarla təchiz olunmuşdur.
Digər məhsullar
Qırmızı yarpaqlı dekorativ ağaclar. Bunlar fotiniya, fotiniya robin red və başqa ağac növləri ola bilər. Boyu 50 sm-dən 150 sm-yə qədər dəyişir. En 30 sm-dən 70 sm-ə qədərdir.
Tədbir, konfrans və ya qrim otağı üçün təkərli asılqan icarəsi. Təkərlər üzərində asanlıqla hərəkət etdirilir. Paltar asqısı da mövcuddur.
Qırmızı Xalça özlərini məhşurlar kimi hiss etmək istəyən qonaqlarınız üçün gala axşamları, Hollywood və Bollywood üslublu ziyafətlər zamanı istifadə olunur. Həm də fotovol qarşısında fotozona ilə birgə istifadə oluna bilər.
Davos ağ rəngli yan masalar.Brendinq üçün nəzərdə tutulan ön panel sahəsi konfrans salonunun hər hansı bir hissəsindən mükəmməl görünməsi üçün kifayət qədər böyükdür.
Yan masaları ilə yanaşı Davos üslublu kreslolarımız var. Həm kreslo, həm də masanın ölcüləri çıxış edənin danışarkan qabağa əyilməyərək uzunboyun mikrofona rahat danışması üçün nəzərdə tutulmuşdur.