Hüquqi sənədlərin tərcüməsi
Hüquqi tərcümə hüquqi sənədlərin tərcüməsini əhatə edir. Hüquqi sənədlərin tərcüməsi Konfransmarket tərcümə bürosunun təqdim etdiyi və tərcümə sahəsində ən çox tələb olunan xidmətlərdən biridir. Hüquqi tərcümənin əsas xüsusiyyəti ondan ibarətdir ki, tərcümə zamanı yüksək dəqiqlik və tərcüməçinin bu sahədə peşəkarlığı tələb olunur. Hüquqi tərcümə ən çətin tərcümə növlərindən biridir, çünki burada tərcüməçinin qarşısına qoyulan əsas məqsəd hüquq nöqteyi nəzərindən anlaşılan tərcümə etməsidir. Ən xırda səhv kontraktın, müqavilənin ləğvinə və ya sertifikatın etibarsızlığına gətirib çıxara bilər.
Hüquqi tərcümə növləri
Hüquqi tərcüməyə qanunların, müqavilələrin və kontraktların, apostillərin, etibarnamələrin, notarial şəhadətnamələrin, məhkəmə sənədlərinin və sertifikatların tərcüməsi aid edilir. Bizim Konfransmarket tərcümə bürosu istənilən növ hüquqi tərcümə sifarişlərini qəbul edir. Misal üçün, əgər siz təhsil almaq üçün xarici universitetə qəbul olmağa hazırlaşırsınızsa, sizə apostil olunmuş diplomunuzun xarici dilə tərcüməsi lazım olacaq. Apostilin tərcüməsi hüquqi tərcüməyə aid edilir. Təsəvvür edin ki, siz geyim istehsalı edən iri şirkətin sahibisiniz və xarici tədarükçü ilə tədarük müqaviləsi bağlamalısınız. Bu müqavilənin və digər müşayiətedici sənədlərin (misal, keyfiyyət sertifikatı) tərcüməsi hüquqi tərcümə sahəsinə aiddir.
Hüquqi tərcüməyə tələblər
Hüquqi tərcümə rəsmi üslubda 100% dəqiqliklə edilməlidir. Tərcüməçi abstrakt anlayışlardan, aydın olmayan təriflərdən və mətndə gərəksiz ifadələrdən qaçınmalıdır. Dolğunluq, dəqiqlik, aydınlıq və yığcamlıq hüquqi mətnin əsas xüsusiyyətləridir. Kifayət qədər bilik bazasına malik olmadan hüquqi sənədlərin keyfiyyətli tərcüməsi mümkün deyil. Bununla yanaşı tərcüməçinin tərcümə zamanı savadlı və düzgün cümlə qurması üçün hüquqi dildən anlayışı olmalıdır. Hüquqi terminologiyanı, öz doğma və tərcümə dilini mükəmməl şəkildə bilmək, həmçinin hüquqi münasibətlərin spesifikasını dərk etmək hüquqi tərcümənin dayandığı əsas təməldir.
Hüquqi sənədlərin mətnləri, bir qayda olaraq, böyük həcmlidirlər. Çətin ki, bir tərcüməçi belə bir tərcüməni bir günə bitirə bilsin. Məhz buna görə sifarişçilərin tərcüməçi ştatının işlədiyi tərcümə bürolarına müraciət etməsi daha məqsədəuyğundur. Konfransmarket hüquqi sənədlərin bütün növ tərcüməsini sizə təqdim edir. İşə başlamazdan əvvəl tərcüməçi tərcümənin mövzusunu təhlil edir və daha sonra bu və ya digər ölkədə hüquqi münasibətlərin xüsusiyyətlərinə uyğun olaraq tərcümə edir. Yekun olaraq tərcümə bir neçə dəfə yoxlanılır və müştəriyə fiziki formada təhvil verilir və ya elektron poçt vasitəsilə göndərilir.
Tərcümə avadanlığı
Kiçik və orta otaqlar üçün nəzərdə tutulur. Xüsusi dizaynı var və məkanınızın daxili görünüşünə uyğun müxtəlif rəng çeşidləri mövcuddur. Ən çox istifadə edilən rəng bozdur. Kabin tədbir ərazisinə çatdırılır və yerində quraşdırılır.
Bosch DCN Next Generation mikrafonlarının konfranslar üçün icarəsi. Azərbaycanda konfranslarda istifadə olunan ən yaxşı məhsuldur. Bosch-dan tam rəgəmsal konfrans sistemidir. Mobil telefon müdaxiləsinə qarşı aşağı həssaslıq.
Comments are closed