Kitab və nəşrlərin tərcüməsi
Yəqin ki, kitab və nəşrlərin tərcüməsi ən çox yayılmış tərcümə növüdür. Bu kifayət qədər zəhmətli bir işdir, çünki bir kitab 500 səhifəyə qədər ola bilir. Bu tərcümələri yaradacı tərcümə hesab etmək olar, çünki burada tərcüməçi metaforların, ifadələrin və epitetlərin analoqunu düzgün şəkildə tapıb tərcümə etməlidir. Əgər kitab hərfi tərcümə olunarsa, tərcümə zamanı kitabın unikallığı itə bilər. Məhz buna görə tərcüməçi kitabı, yazılan mətnin rəngarəngliyini və xüsusiyyətini bütün mümkün üsullarla ötürməyə çalışaraq, tərcümə etməlidir.
Kitab və nəşrlərin tərcümə xüsusiyyətləri
İstənilən bədii əsər müəllifin ideyasını və oxucuya mesajını daşıyır. Estetik komponentdən əlavə bədii əsər oxucunun baş verənləri müsbət və ya mənfi şəkildə qiymətləndirməsini formalaşdırır. Kitabların tərcüməsinin çətinliyi ondan ibarətdir ki, tərcüməçi müəllifin fikrini başa düşməklə yanaşı, həm də frazeoloji ifadələri, metaforları, epitetləri maksimum dəqiqliklə tərcümə etməlidir. Bunun üçün tərcüməçi kifayət qədər dünya görüşünə və geniş lüğət ehtiyatına sahib olmalıdır. Konfransmarket Tərcümə Bürosu kitabların və nəşrlərin tərcüməsi sahəsində keyfiyyətli xidmətlər təqdim edir. Əgər sizə bədii əsərin, hekayənin, nəşrin və ya qəzet məqaləsinin tərcüməsi lazımdırsa, bu zaman siz doğru ünvandasınız.
Qiymətin formalaşması və tərcümə prosesi
Kitab və nəşrlərin tərcümə qiyməti bir neçə amil əsasında formalaşır. Bura kitabın tərcümə olunacağı dil sayı, kitabın həcmi, orijinal dili və hekayə üslubu aiddir. Kitabların tərcüməsi hər zaman yaradıcı, diqqət tələb edən və zəhmətli işdir. Bizə tərcümə üçün kitab daxil olduqda, tərcüməçi ilk öncə müəllifin ideyasını anlamaq üçün mətni oxuyur və yalnız bundan sonra tərcüməyə başlayır. Tərcümə tamamlandıqdan sonra, mətn səhifələnməsi üçün göndərilir. Bu orijinalda və tərcümədə olan səhifə nömrələrinin üst-üstə düşməsi və ya təxmini eyni olması üçündür. Əgər siz kitabın tərcümə qiymətini öyrənmək istəyirsinizsə, səhifələrin sayını qeyd etməklə bizə elektron poçt vasitəsilə kitabdan bir fraqment göndərə bilərsiniz. Kitabın nəşri üçün əsas şərt keyfiyyətli tərcümədir. Məhz buna görə sifarişçi tərcüməçi seçiminə məsuliyyətlə yanaşmalıdır. Konfransmarket tərcümə bürosu öz tərcüməçilərini diqqətlə və üç meyar əsasında seçir. Bunlar: iş təcrübəsi, tərcümə spesifikası və işin keyfiyyətidir. Biz nağıl, hekayə, detektiv, triller, mistika və istənilən nəşrləri tərcümə edirik. Bizim tərcümə büromuzda sifarişçi optimal qiymət-keyfiyyət nisbəti ilə tərcümə sifariş edə bilər.
Tərcümə avadanlığı
Hamısı>>
Bu cihaz Bosch masaüstü mikrofonlarının sayı 24-dən çox olduqda onları birləşdirmək və ya konfrans otağında uzun kabellər istifadə olunduqda tələb olunur. Cihazın içində dcn splitter var və buna görə də cihazı mikrofon kabellərinin istənilən yerinə birləşdirmək olur. Bu cihazdan böyük konfranslarda və ya uzun məsafədən ziqzaq formasında mikrofon kabelləşməsi tələb olunan "sinif otağı" tipli tədbirlərdə istifadə olunur.
Bosch DCN Next Generation mikrafonlarının konfranslar üçün icarəsi. Azərbaycanda konfranslarda istifadə olunan ən yaxşı məhsuldur. Bosch-dan tam rəgəmsal konfrans sistemidir. Mobil telefon müdaxiləsinə qarşı aşağı həssaslıq.
Comments are closed