Maliyyə sənədlərinin tərcüməsi
Maliyyə sənədlərinə çeklər, ödəniş qəbzləri, hesab-faktura, sığorta sənədləri, audit rəyləri, hesabatlar və bank sənədləri aid edilir. Dövlət və ya özəl şəxslər qarşısında hesabat formasını ehtiva edən istənilən sənəd maliyyə sənədidir. Bu cür sənədlərin tərcüməsi xarici firmaya təqdim olunması üçün tələb oluna bilər.
Maliyyə tərcüməsinin xüsusiyyətləri
Maliyyə tərcüməsi çətin tərcümə növüdür, çünki tərcüməçi müvafiq terminologiyaya bələd olmalıdır. Lakin bununla yanaşı hər bir maliyyə sənədi tərcümə bürosunun bazasına daxil edilir, buna görə də tərcüməçinin işi bir qədər asanlaşır. O, tematik lüğətlərə və oxşar nümunə sənədlərinə giriş əldə edir. Konfransmarket tərcümə bürosu bütün növ maliyyə sənədlərinin tərcüməsini təqdim edir. Bizim maliyyə tərcüməsinə yanaşmamız öz dəqiqliyi, düzgünlüyü və aydınlığı ilə fərqlənir. Tərcüməçilər kifayət qədər bilik və terminologiyaya malikdirlər.
Maliyyə sənədlərinin tərcüməsi məlumat üslubu və dəqiqliyi ilə fərqlənir. Yəqin ki, siz həyatınızda bir dəfə də olsun bank qəbzlərini, əmək haqqı hesabatını görmüsünüz. Bu cür sənədlər yüksək dəqiqliklə qeyri-müəyyən ifadələr olmadan tərtib edilir. Belə sənədlərin tərcüməsi tərcüməçi üçün məsuliyyətli bir işdir. Bu, o deməkdir ki, tərcüməçi sənəddə olan bütün rəqəmləri və göstəriciləri bir neçə dəfə yoxlamalıdır. Bir rəqəm səhvi etdikdə və ya bir sıfır buraxdıqda sənəd öz hüquqi qüvvəsini itirir. Belə bir hal baş verməməsi üçün sifarişçi etibarlı tərcümə bürolarına müraciət etməlidir.
Tərcümə xidmətləri və qiymət
Konfransmarket tərcümə bürosunda maliyyə tərcüməsinin qiyməti mətnin həcmindən, tərcümənin təhvil verilmə müddətindən və mövzusundan asılı olaraq hesablanır. Maliyyə tərcümələri bu sahədə peşəkar olan tərcüməçilər tərəfindən edilir. Maliyyə sənədlərinin tərcüməsi zamanı xarici dili bilməklə yanaşı, tərcümənin mövzusunu da bilmək vacibdir. Çünki firmanın illik hesabatını müavinətin, dividendin, rəqabətin nə olduğunu bilmədən tərcümə etmək mümkün deyil. Lakin bizim tərcüməçilər bir çox sahələrə bələd olan mütəxəssislərdir. İlkin mətni təhvil aldıqdan sonra biz onu təhlil edirik, sonra isə tərcümə edirik. Tərcümənin qiyməti sənədin növündən və söz sayından asılı olacaq. Tərcümədən sonra mətn, o cümlədən rəqəmlər və göstəricilər yoxlanılır. Mətn yoxlandıqdan sonra sifarişçiyə çap formasında və ya elektron poçt ilə göndərilir. Biz tərcümələri qeyd edilən müddətə və gecikməsiz təhvil veririk.
Tərcümə avadanlığı
Hamısı>>
Bu cihaz Bosch masaüstü mikrofonlarının sayı 24-dən çox olduqda onları birləşdirmək və ya konfrans otağında uzun kabellər istifadə olunduqda tələb olunur. Cihazın içində dcn splitter var və buna görə də cihazı mikrofon kabellərinin istənilən yerinə birləşdirmək olur. Bu cihazdan böyük konfranslarda və ya uzun məsafədən ziqzaq formasında mikrofon kabelləşməsi tələb olunan "sinif otağı" tipli tədbirlərdə istifadə olunur.
Bosch DCN Next Generation mikrafonlarının konfranslar üçün icarəsi. Azərbaycanda konfranslarda istifadə olunan ən yaxşı məhsuldur. Bosch-dan tam rəgəmsal konfrans sistemidir. Mobil telefon müdaxiləsinə qarşı aşağı həssaslıq.
Comments are closed