Texniki sənədlərin tərcüməsi
Texniki sənədlərin tərcüməsi ən çətin tərcümə növlərindən biridir. Bura təlimatlar, kataloqlar, çertyojlar, elmi materiallar, texnoloji işləmələrin təsviri və bir çox digər mövzular aid edilir. Texniki tərcümə gəmiqayırma, kimyəvi maddələrin istehsalı, aviasiya, metallurgiya ilə bağlı ola bilər. Elmi-texniki fənnlərə aid edilən bütün mətnlər lazımi terminologiya və tərcümə mövzusuna bələd olan tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Adi tərcüməçi bu cür mətni nəinki tərcümə edə, hətta oxumaqda da çətinlik çəkə bilər. Bizim Konfransmarket tərcümə büromuz istənilən çətinlikdə texniki tərcümə xidmətlərini təqdim edir.
Texniki tərcümənin əsas xüsusiyyətləri
Texniki mətnlərin peşəkar tərcüməsi yüksək dəqiqliklə yerinə yetirilməlidir. Bunun üçün tərcüməçi spesifik terminologiyanı yaxşı bilməli və bir çox texniki sahələrdə təcrübəyə malik olmalıdır. Texniki tərcüməyə əsas tələb tərcümənin aid olduğu sahədə biliyin olmasıdır. Məişət kimyasında təhlükəli maddələr haqqında məqaləni bu maddələrin hansı reaksiyaya girə biləcyini bilmədən tərcümə etmək mümkün deyil. Tərcümə zamanı, hətta ən kiçik səhv və ya xəta baha başa gələ bilər. Təsəvvür edin ki, plastik emalı üçün nəzərdə tutulmuş maşının texniki pasportunun tərcümə olunması lazımdır. Siz tərcümə sifariş edirsiniz, tərcüməçi isə bir texniki parametrin tərcüməsində səhv buraxır. Avadanlıq istismara verilir, lakin tərcümədə səhv olduğu üçün texniklər cihazın parametrlərindən birini düzgün anlamırlar. Bu səbəbdən iş zamanı xəta və ya qəza baş verə bilər. Məhz buna görə sifarişçi tərcüməçi seçiminə məsuliyyətlə yanaşmalıdır. Konfransmarket tərcümə bürosu sizə peşəkar tərcümə xidmətlərini təqdim edir. Biz istənilən texniki tərcüməni tam dəqiq və qeyd edilən müddətə təhvil veririk.
Texniki tərcümə xidmətləri və qiymət
Konfransmarket tərcümə bürosu texniki sənədlərin, keyfiyyət sertifikatlarının, texniki məqalələrin və ədəbiyyatın tərcüməsini edir. Bizim texniki tərcüməçilər texniki tərcümə sahəsində bütün lazımi biliklərə və spesifik terminologiyaya malikdirlər. Qiymət təklifi almaq üçün ofisimizə və ya elektron poçt vasitəsilə bizə müraciət edə bilərsiniz. Mətn tərcüməçilərimizə təqdim olunduqdan sonra tərcüməçi tərəfindən mətnin təhlili aparılır. Söz sayından, mətnin mövzusundan və tərcümə dilindən asılı olaraq qiymət təyin edilir. Biz tərcüməni müştəri tərəfindən qeyd edilən müddətə təhvil verməyə çalışırıq. Hazır tərcümə sənədini çap olunmuş versiyada və ya elektron poçt vasitəsilə təhvil almaq olar.
Tərcümə avadanlığı
Hamısı>>
Kiçik və orta otaqlar üçün nəzərdə tutulur. Xüsusi dizaynı var və məkanınızın daxili görünüşünə uyğun müxtəlif rəng çeşidləri mövcuddur. Ən çox istifadə edilən rəng bozdur. Kabin tədbir ərazisinə çatdırılır və yerində quraşdırılır.
Bosch DCN Next Generation mikrafonlarının konfranslar üçün icarəsi. Azərbaycanda konfranslarda istifadə olunan ən yaxşı məhsuldur. Bosch-dan tam rəgəmsal konfrans sistemidir. Mobil telefon müdaxiləsinə qarşı aşağı həssaslıq.
Comments are closed