Tibbi sənədlərin tərcüməsi
Tibbi sənədlər müxtəlif səhiyyə təşkilatları tərəfindən verilmiş sənədlərdir. Bunlara tibbi arayışlar, analiz cavabları, həkim rəyləri, tibbi müayinə nəticələri və bir çox digər sənədlər aid edilir. Bu cür sənədlər xəstəxanalarda, poliklinikalarda, özəl tibb müəssisələrində istifadə edilir. Əgər sənədlər başqa bir ölkədə istifadə ediləcəksə, onları tərcümə etmək lazımdır. Misal, əgər siz xarici ölkəyə əməliyyata getmək üçün hazırlaşırsınızsa, sağlamlıq vəziyyətiniz haqqında arayışı və analiz cavablarını xarici dilə tərcümə etməlisiniz. Xaricdə təhsil üçün, həmçinin arayışın tərcüməsi lazımdır. Ola bilsin ki, siz xaricdə istirahət və ya iş zamanı səhiyyə xidmətlərindən istifadə etmisiniz. Bu halda həmin sənədlərin öz dilinizə tərcümə olunması lazımdır ki, terapevtiniz onları anlaya bilsin. Tərcümənin harada istifadə olunacağından asılı olmayaraq tərcümə keyfiyyətli şəkildə olunmalıdır. Konfransmarket tərcümə bürosunda siz istənilən tibbi sənədlərin tərcüməsini sifariş verə bilərsiniz.
Tibbi tərcüməyə tələblər
Mətnin dəqiq formada ifadəsi, yığcamlığı və ciddi mətn üslübu tibbi mətnlərin əsas xüsusiyyətləridir. Tərcüməçi mütləq şəkildə tərcümə mövzusuna bələd olmalıdır. Ana dilinin və tərcümə dilinin qrammatikası, leksikası və sintaksisini mükəmməl şəkildə bilməsi – tibb sahəsində işləyən tərcüməçiyə olan əsas tələblərdir. Tibbi tərcümə yüksək dəqiqlik tələb edir, çünki ondan bir insanın həyatı asılı ola bilər. Bir tərcüməçinin insanın hər hansı bir dərmana allergiyasının olması haqda məlumatı tərcümə etmədiyi və ya yanlış tərcümə etdiyi zaman nələr olacağını siz təsəvvür edin. Belə bir səhv baha başa gələ bilər. Lakin narahat olmayın! Konfransmarket bürosunun ştat tərcüməçiləri istənilən növ tibbi tərcümədə sizə yardım etməyə hazırdırlar. Arayışlar, tibbi mövzuda məqalələr, xəstəlik vərəqələri, hesabatlar və rəylər – bütün bu sənədlərin tərcüməsini biz sizə vaxtında təqdim edəcəyik.
Tərcümənin qiyməti və müddəti
Müəyyən sənədin qiyməti həmin sənəddə olan söz sayından asılıdır. Bəzən standart formada olan oxşar arayışlara, misal, ümumi qan analizinə standart qiymət təyin edilir. Tərcümənin qiymətini telefonla zəng edərək və ya elektron poçt vasitəsilə müraciət edərək öyrənə bilərsiniz. Tərcümə müştərinin istəyi üzrə qısa müddətdə yerinə yetirilib təhvil veriləcək. Bizimlə keyfiyyət üçün narahat olmağa dəyməz, çünki o yüksək səviyyədə olacaq.
Tərcümə avadanlığı
Comments are closed