Ümumi informasiya
Ardıcıl tərcüməçi
Tədbirləriniz üçün ardıcıl tərcüməçilər təmin edirik. Qarşıdan gələn tədbir beynəlxalq bir konfrans, bir fabrik turu, bir gala yeməyi və ya işgüzar görüş olsun, sizin üçün hər zaman bir həllimiz var. Tərcüməçilərimiz 10 illik peşəkar təcrübəyə sahibdirlər və müxtəlif mövzulu tərcümələrdə iştirak ediblər.
Məhsul Brendləri
Təkliflərimiz
Kiçik və orta otaqlar üçün nəzərdə tutulur. Xüsusi dizaynı var və məkanınızın daxili görünüşünə uyğun müxtəlif rəng çeşidləri mövcuddur. Ən çox istifadə edilən rəng bozdur. Kabin tədbir ərazisinə çatdırılır və yerində quraşdırılır.
Digər məhsullar
Tədbiriniz üçün peşəkar video texnikləri təqdim edirik. Video texniklər, video və proyeksiya avadanlıqlarının quraşdırılması, istifadəsi üçün məsuliyyət daşıyır; bura media serverlərin quraşdırılması, ekranlar, proyektorlar, televizor monitorları daxil ola bilər. Bizim video texniklər VGA, DVI, HDMI, SDI, Fiber Optik siqnalları, siqnal çeviriciləri, siqnal gücləndiriciləri, marşrutlaşdırıcıları ilə işləyir.
Tədbiriniz üçün professional host və hostes təqdim edirik. Hostesslər qalereyalar, restoranlar, konfranslar və ticarət sərgiləri daxil olmaqla müxtəlif tədbirlərdə gələn qonaqları salamlayır və onları yönləndirir, lazım olan məlumatları verir və digər suallarnı cavablandırırlar.
Tədbir videoqrafı adətən tədbir üçün promo video klip çəkir. Bu videoqraf DSLR və ya oxşar kamera avadanlığı istifadə edir və promo video materialında istifadə etmək üçün tədbirdən yaddaqalan anları lentə alır. Nümunə olaraq göstərə biləcəyimiz bir çox video kliplərimiz var; layihə menecerlərinə müraciət edin, onları sizinlə paylaşacaqlar.
Tədbirinizdə qeydiyyat aparmaq üçün ingilis, azərbaycanca və rusca danışan personal təqdim edirik. Onlar qonaqların qarşılanmasında, sürətli qeydiyyatın aparılmasında, yaxa kartların çap edilməsində və hədiyyələrin paylanmasında təcrübəyə malikdirlər.
İşıqlandırma texnikləri həm işıqlandırma qurğularının qurulması və tənzimlənməsi, həm də tədbir zamanı texniki masada işləyirlər.
Şüşə və ya qapaqda tədbirin loqosu ilə brendinq. İstənilən dizayn mümkündür.