Ümumi informasiya
İT texnik
xüsusi otel internet infrastrukturu ilə işləmək bacarığı.
Məhsul Brendləri
Digər məhsullar
Tədbir videoqrafı adətən tədbir üçün promo video klip çəkir. Bu videoqraf DSLR və ya oxşar kamera avadanlığı istifadə edir və promo video materialında istifadə etmək üçün tədbirdən yaddaqalan anları lentə alır. Nümunə olaraq göstərə biləcəyimiz bir çox video kliplərimiz var; layihə menecerlərinə müraciət edin, onları sizinlə paylaşacaqlar.
Tədbirinizdə qeydiyyat aparmaq üçün ingilis, azərbaycanca və rusca danışan personal təqdim edirik. Onlar qonaqların qarşılanmasında, sürətli qeydiyyatın aparılmasında, yaxa kartların çap edilməsində və hədiyyələrin paylanmasında təcrübəyə malikdirlər.
Video operatorlarımız HD və 4K keyfiyyətli yayım kamerası istifadəsində təcrübəlidirlər. Onlar tədbir ssenaristi, produseri və video mühəndisləri ilə birlikdə komandada işləmək üçün kifayət qədər təcrübəlidirlər.
Tədbiriniz üçün professional host və hostes təqdim edirik. Hostesslər qalereyalar, restoranlar, konfranslar və ticarət sərgiləri daxil olmaqla müxtəlif tədbirlərdə gələn qonaqları salamlayır və onları yönləndirir, lazım olan məlumatları verir və digər suallarnı cavablandırırlar.
Tədbirdən əvvəl led ekranların quraşdırılmasını və tədbir zamanı dəstəklənməsini təmin edən peşəkar LED ekran operatorları təklif edirik, onlar tədbirin problemsiz keçirilməsini təmin edirlər.





