Showing 201–303 of 303 results
Video operatorlarımız HD və 4K keyfiyyətli yayım kamerası istifadəsində təcrübəlidirlər. Onlar tədbir ssenaristi, produseri və video mühəndisləri ilə birlikdə komandada işləmək üçün kifayət qədər təcrübəlidirlər.
Kiçik konfranslar üçün proyeksiya ekranı.
Tədbirinizdə qeydiyyat aparmaq üçün ingilis, azərbaycanca və rusca danışan personal təqdim edirik. Onlar qonaqların qarşılanmasında, sürətli qeydiyyatın aparılmasında, yaxa kartların çap edilməsində və hədiyyələrin paylanmasında təcrübəyə malikdirlər.
Rəngli laserjet printer icarəsi. Bu printer kiçik və orta ölçülü tədbirlər üçün uyğunudur. Printer birdən çox kompüterə qoşula bilər.
Kiçik konfrans zalları üçün akustik sistem. 30-a qədər iştirakçısı olan kiçik konfrans zalları üçün idealdır. Sistemə səs mikserləri, səs gücləndiricisi, əl mikrofonu və ştativ üzərində 400 vatt dinamik daxildir. Texniki personal konfransdan bir gün əvvəl sistemi qurur və tədbir zamanı onu idarə edir.
Orta miqyaslı konfranslar üçün səs sistemi.100 nəfərə qədər iştirakçısı olan orta konfrans zalı üçün idealdır. Sistemə ayaqlıq üzərində 400 və ya 500 vattlıq dinamik, lazım olarsa sabvufer, bundan əlavə səs mikseri, səs amplifikatı, əl mikrofonu daxildir. Texniki əməkdaşlar tədbirdən bir gün əvvəl sistemi qurur və tədbir zamanı idarə edir.
Tədbirləriniz üçün peşəkar rəqəmsal səsyazma avadanlığı. Həm tək, həm də çox kanallı rejimdə səs yazma üçün müxtəlif seçimlərimiz var. Tələbləriniz əsasında lazımi avadanlıqları təqdim edə bilərik.
Təqdimat və vokal çıxışlar üçün simsiz əl mikrofonu. Ən yaxşı markalardan mikrofonlarımız mövcuddur. Onlar konfranslar, qala ziyafətləri, musiqili tamaşalar üçün nəzərdə tutulmuşdur. Bizim həmçinin ən yüksək səviyyəli musiqili çıxışların tələblərini qarşılayacaq imkanlarımız var.
Tədbirinizdə qeydiyyat zamanı və ya foye sahələrdə və fotozonalarda kütləyə nəzarət etmək üçün standart üslublu dayaq və kəmərlər. Bu baryerlər iştirakçı və qonaqlarınıza çətinlik çəkmədən olmadan tədbir ərazisində rahat şəkildə hərəkət etməyə kömək edəcəkdir.
Şüşə və ya qapaqda tədbirin loqosu ilə brendinq. İstənilən dizayn mümkündür.
Şüşə materiallı, kvadrat şəkilli fincan altlıqlarını şirkət və ya tədbir loqosu ilə çap edə bilərik. Ölçüsü 9cm x 9cmdir.
Şüşə korpuslu 16 GB USB yaddaş kartı. Şüşə korpusu üzərində tədbir və ya şirkətin loqosunu lazer oyma ilə çap etmək mümkündür. Qutu ilə təqdim olunur.
Kiçik və orta otaqlar üçün nəzərdə tutulur. Xüsusi dizaynı var və məkanınızın daxili görünüşünə uyğun müxtəlif rəng çeşidləri mövcuddur. Ən çox istifadə edilən rəng bozdur. Kabin tədbir ərazisinə çatdırılır və yerində quraşdırılır.
Tədbir, konfrans və ya qrim otağı üçün təkərli asılqan icarəsi. Təkərlər üzərində asanlıqla hərəkət etdirilir. Paltar asqısı da mövcuddur.
Tədbiriniz üçün peşəkar video texnikləri təqdim edirik. Video texniklər, video və proyeksiya avadanlıqlarının quraşdırılması, istifadəsi üçün məsuliyyət daşıyır; bura media serverlərin quraşdırılması, ekranlar, proyektorlar, televizor monitorları daxil ola bilər. Bizim video texniklər VGA, DVI, HDMI, SDI, Fiber Optik siqnalları, siqnal çeviriciləri, siqnal gücləndiriciləri, marşrutlaşdırıcıları ilə işləyir.
Tədbir videoqrafı adətən tədbir üçün promo video klip çəkir. Bu videoqraf DSLR və ya oxşar kamera avadanlığı istifadə edir və promo video materialında istifadə etmək üçün tədbirdən yaddaqalan anları lentə alır. Nümunə olaraq göstərə biləcəyimiz bir çox video kliplərimiz var; layihə menecerlərinə müraciət edin, onları sizinlə paylaşacaqlar.