Showing 1–200 of 285 results
Profil spotları, elips, lekosun bütün növləri. Hər bir tədbirdən sonra işıqlandırma avadanlığını təmizləyirik ki, növbəti tədbirə hazır olsun.
Duman maşını tədbir və musiqi performansı zamanı məkanda gözəl mühit və ambians yaratmaq üçün istifadə olunan avadanlıqdır. Korporativ tədbirlədə işıqlandırma tərtibatını daha da mükəmməlləşdirmək üçün istifadə olunur. Duman maşınları işıqların şüaları ilə sizə sehrli bir atmosfer yaratmaqda kömək edir.
Tədbirləriniz üçün ardıcıl tərcüməçilər təmin edirik. Qarşıdan gələn tədbir beynəlxalq bir konfrans, bir fabrik turu, bir gala yeməyi və ya işgüzar görüş olsun, sizin üçün hər zaman bir həllimiz var. Tərcüməçilərimiz 10 illik peşəkar təcrübəyə sahibdirlər və müxtəlif mövzulu tərcümələrdə iştirak ediblər.
Bu cihaz Bosch masaüstü mikrofonlarının sayı 24-dən çox olduqda onları birləşdirmək və ya konfrans otağında uzun kabellər istifadə olunduqda tələb olunur. Cihazın içində dcn splitter var və buna görə də cihazı mikrofon kabellərinin istənilən yerinə birləşdirmək olur. Bu cihazdan böyük konfranslarda və ya uzun məsafədən ziqzaq formasında mikrofon kabelləşməsi tələb olunan "sinif otağı" tipli tədbirlərdə istifadə olunur.
Tədbirinizdə çap etmək tələb olunursa çoxfunksiyalı rəngli printerləri təqdim edirik. Komandanız üçün müvəqqəti layihə ofisini və ya media mərkəzini yarada bilərik. Bu printerin ikisi və ya bir neçəsinin birdən çox kompüterə asanlıqla kabelsiz bağlana bilməsi üçün xüsusi şəbəkə yarada bilərik.
Damla bayraqlar, salonlarda, fasilələrdə , lobbilərdə və s. tədbirlərdə və ya şirkətin reklamı üçün istifadə olunan mobil bayraqdır. Bayraq hündürlüyü 4 və ya 5 metrdir. Bütün bayrağı brendinq etmək mümkündür.
Tədbiriniz üçün professional host və hostes təqdim edirik. Hostesslər qalereyalar, restoranlar, konfranslar və ticarət sərgiləri daxil olmaqla müxtəlif tədbirlərdə gələn qonaqları salamlayır və onları yönləndirir, lazım olan məlumatları verir və digər suallarnı cavablandırırlar.
İşıqlandırma texnikləri həm işıqlandırma qurğularının qurulması və tənzimlənməsi, həm də tədbir zamanı texniki masada işləyirlər.
Fincanlar konfranslarda, sərgilərdə və ya işçilərinizə hədiyyə kimi təqdim etmək üçün istifadə oluna bilər. Tədbir loqosu və ya şirkət adı fincanların üzərində çap oluna bilər. Fincan altlıqları fincana uyğun olan şəkildə hazırlana bilər.
Tədbirdən əvvəl led ekranların quraşdırılmasını və tədbir zamanı dəstəklənməsini təmin edən peşəkar LED ekran operatorları təklif edirik, onlar tədbirin problemsiz keçirilməsini təmin edirlər.
Helium şarlar tədbir və ad günləri üçün çox maraqlı detallardır. Tədbirinizə şar gətirdikdə eyni zamanda, gülüşlər, xoşbəxtlik və xoş xatirələr də gətirmiş olursunuz. Gözəl şar dizaynları tədbirinizə sehrli bir toxunuş vermiş olursunuz. Xəyal etdiyiniz dizaynı hazırlamaqdan çox məmnunuq. Dizayn mütəxəssislərimiz bir sonrakı tədbirinizdə qonaqları heyran etmək üçün bütün yaradıcılıqları ilə iş başındadır.
100 metr məsafədən prezentasiyanı idarə etmək üçün peşəkar kliker. Orta və böyük zallarda təqdimat laptopunun texniki masadan idarə olunduğu tədbirlər üçün mükəmməldir. Bu kliker eyni zamanda dörd noutbuka nəzarət edə bilər.
Video operatorlarımız HD və 4K keyfiyyətli yayım kamerası istifadəsində təcrübəlidirlər. Onlar tədbir ssenaristi, produseri və video mühəndisləri ilə birlikdə komandada işləmək üçün kifayət qədər təcrübəlidirlər.
Beynəlxalq tədbirlərin keçirilməsi – Beynəlxalq formatlı konfransların və tədbirlərin keçirilməsi üçün məkanların, audio, video avadanlığın təşkili, sinxron tərcümə avadanlıları ilə təmin olunması. Həmçinin personalın cəlb olunması və digər təşkilati işlərin görülməsi.