Showing all 147 results
Profil spotları, elips, lekosun bütün növləri. Hər bir tədbirdən sonra işıqlandırma avadanlığını təmizləyirik ki, növbəti tədbirə hazır olsun.
Duman maşını tədbir və musiqi performansı zamanı məkanda gözəl mühit və ambians yaratmaq üçün istifadə olunan avadanlıqdır. Korporativ tədbirlədə işıqlandırma tərtibatını daha da mükəmməlləşdirmək üçün istifadə olunur. Duman maşınları işıqların şüaları ilə sizə sehrli bir atmosfer yaratmaqda kömək edir.
Simsiz baş mikrofonu təqdimat zamanı səhnədə əl və bədənin rahat hərəkət etməsi üçün idealdır. Spiker səhnədə tamaşaçı ilə fəal şəkildə müzakirə etdikdə kənar səsi tutmur. Sennheiser, AKG, BeyerDynamic, Mipro kimi dünya səviyyəli markaları təqdim edirik.
Bu cihaz Bosch masaüstü mikrofonlarının sayı 24-dən çox olduqda onları birləşdirmək və ya konfrans otağında uzun kabellər istifadə olunduqda tələb olunur. Cihazın içində dcn splitter var və buna görə də cihazı mikrofon kabellərinin istənilən yerinə birləşdirmək olur. Bu cihazdan böyük konfranslarda və ya uzun məsafədən ziqzaq formasında mikrofon kabelləşməsi tələb olunan "sinif otağı" tipli tədbirlərdə istifadə olunur.
Bosch DCN Next Generation mikrafonlarının konfranslar üçün icarəsi. Azərbaycanda konfranslarda istifadə olunan ən yaxşı məhsuldur. Bosch-dan tam rəgəmsal konfrans sistemidir. Mobil telefon müdaxiləsinə qarşı aşağı həssaslıq.
Tədbirinizdə çap etmək tələb olunursa çoxfunksiyalı rəngli printerləri təqdim edirik. Komandanız üçün müvəqqəti layihə ofisini və ya media mərkəzini yarada bilərik. Bu printerin ikisi və ya bir neçəsinin birdən çox kompüterə asanlıqla kabelsiz bağlana bilməsi üçün xüsusi şəbəkə yarada bilərik.
Televizorlar, monitorlar, reklam panelləri, LED ekranlar və digər elektron avadanlıqlarınızda problem var? Peşəkar komandamız qısa müddətdə nasazlığı aradan qaldıracaq!
✔ Keyfiyyətli və sürətli xidmət
✔ Yüksək səviyyədə diaqnostika və təmir
✔ Orijinal ehtiyat hissələri və zəmanət
Elektron cihazlarınızı bizə etibar edin – yenidən işə salaq!
Flipchart markerləri təqdim olunur. Bir flipchart icarəyə götürdüyünüz zaman, markerlər olmadan sadəcə flipchart özü gəlir. Markerləri ayrıca sifariş verməlisiniz. Qırmızı, Yaşıl, Mavi, Qara rənglər mövcuddur.
Təhsil, biznes təqdimatları, müştəri xidmətləri və reklam sahələrində innovativ həll kimi ideal olan interaktiv ekran, istifadəçilərə məzmunu daha cəlbedici, canlı və interaktiv şəkildə təqdim etməyə imkan yaradır. Bu platforma, həmçinin effektiv ünsiyyət və əməkdaşlığı dəstəkləyir.
Texniki xarakteristikalar:
- Əsas istifadə sahələri: Təhsil, biznes təqdimatları, müştəri xidmətləri, reklam
- İnteraktivlik: İstifadəçilərə canlı və interaktiv məzmun təqdim etmək imkanı
- Əməkdaşlıq: Effektiv ünsiyyət və əməkdaşlıq dəstəkləyir
- Əlçatanlıq: Fərqli istifadəçi tələblərinə uyğun çevik və rahat idarəetmə
- Texnologiya dəstəyi: Yüksək keyfiyyətli ekran və müasir texnologiyalarla təchiz olunmuşdur.
Otellər, restoranlar, alış-veriş mərkəzləri və sərgilər üçün mükəmməl reklam və məlumatlandırma vasitəsi olan Kiosk Masa, diqqətçəkən vizual təqdimatları ilə auditoriyanı cəlb edir, məlumatları effektiv şəkildə çatdırır və müştəri təcrübəsini daha interaktiv və unikal edir. Bu innovativ platforma, müştərilərinizə asan və rahat xidmət imkanı təqdim edir.
Texniki xarakteristikalar:
- İstifadə sahələri: Otellər, restoranlar, alış-veriş mərkəzləri, sərgilər
- Vizuallar: Cəlbedici və dinamik dizayn ilə vizual təqdimat
- İnteraktivlik: Müştərilər üçün rahat və sürətli məlumat əldə etmə imkanı
- Məzmun idarəetməsi: Asan və sürətli məzmun dəyişiklikləri
- Yüksək keyfiyyətli ekran: Aydın görüntü və mükəmməl həllər
- Modul quruluş: Fərqli mühitlərə uyğunlaşan çevik və istifadəyə rahat dizayn
Yüksək çözünürlük, canlı rənglər və incə çərçivə ilə LCD Video Wall, reklam, təqdimat və məlumatlandırma üçün mükəmməl vizual həll təklif edir. Böyük və dinamik ekranlar vasitəsilə auditoriyanızı cəlb edin, brendinizi ön plana çıxarın və müştəri təcrübəsini gücləndirin.
Texniki xarakteristikalar:
- Yüksək çözünürlük: Aydın və detallı görüntü təqdimatı
- Canlı rənglər: Rəng dərinliyi və təbiiliyi ilə mükəmməl vizual təsir
- İncə çərçivə: Minimalist dizaynla ekranın daha geniş görünməsi
- Ekran ölçüsü: Böyük ölçülü ekranlar ilə geniş təqdimat sahəsi
- İnteraktivlik: Auditoiyanızla dinamik əlaqə imkanı
- Quraşdırma: Asan montaj və modul quruluş
- İstifadə sahələri: Reklam, təqdimat, məlumatlandırma, brendin tanıdılması
Xüsusiyyətləri:
- Aydın və parlaq görüntü, hər şəraitdə mükəmməl görünüş
- Yüksək keyfiyyətli LED texnologiyası
- Asan qurulum və uzaqdan idarəetmə
- Çeşidli ölçü və dizayn seçimləri
- Hər növ reklam və məlumatlandırma üçün uyğundur
İdeal İstifadə Sahələri:
- Ticarət mərkəzləri
- Hava limanları və stansiyalar
- Restoranlar və kafelər
- Sərgilər və tədbirlər
- Ofislər və müəssisələr
Yüksək keyfiyyətli LED posterlər ilə biznesinizi daha effektiv reklam edin
Konfranslar üçün Philips masaüstü mikrofon icarəsi. Kiçik və ya orta səviyyəli konfranslar üçün mükəmməldir. Rəqəmsal səs sistemi. Mobil telefon müdaxiləsinə aşağı həssaslıq.
Podium (kürsü) mikrofon icarəsi. Kürsüdə mükəmməl akustika üçün Sennheiser, Shure brendinin mikrofonları istifadə olunur. Bu mikrofonlar təqdimatçının səsini istənilən mövqedən tutmaq üçün xüsusi dizayn edilmiş çoxtərəfli kapsullarla təchiz olunmuşdur.
100 metr məsafədən prezentasiyanı idarə etmək üçün peşəkar kliker. Orta və böyük zallarda təqdimat laptopunun texniki masadan idarə olunduğu tədbirlər üçün mükəmməldir. Bu kliker eyni zamanda dörd noutbuka nəzarət edə bilər.
PROYEKTOR SATIŞI!
Tədbirləriniz üçün keyfiyyətli görüntü axtarırsınız?
Mövcud modellər:
8000 ANSI Lumen və 4000 Lumens Lazer proyektorlar
Lazer və 4K proyektorlar
1200x800 Resolution Proyektor
3D proyektorlar
✅ Yüksək keyfiyyətli görüntü
✅ Uzun müddət stabil çalışma
✅ Münasib qiymətlər və zəmanət sertifikatı
Təqdimatlar və tədbirlər üçün ideal seçim!
Kiçik konfranslar üçün proyeksiya ekranı.
Tədbir məkanınız üçün optimal ekran və proyektor pərdələri axtarırsınız? Biz sizə ən uyğun proyektor ekranlarını təqdim edirik!
Mövcud modellər:
Foldable Projector Screen
Electric Foldable Projector Screen With Stand
Electric Motorized HD Projector Screen
Yüksək keyfiyyətli və uzun ömürlü ekranlar
Asan quraşdırma və daşıma
Fərqli tələblərə uyğun seçimlər
Böyük ölçülü tədbir məkanları üçün ideal seçim
Bu ekranlar böyük miqyaslı tədbirlər, sərgilər, kinoteatrlar və mobil tədbir məkanları üçün mükəmməldir!
Tədbir məkanı və tələbləriniz haqqında bizə məlumat verin, biz sizə ən uyğun ekran seçimləri ilə kömək edəcəyik.
Qırmızı şüa ilə professional lazer göstərici . Proyektor ekranlarında, divarlarda daha bir çox səthdə istifadə oluna bilər
Rəngli laserjet printer icarəsi. Bu printer kiçik və orta ölçülü tədbirlər üçün uyğunudur. Printer birdən çox kompüterə qoşula bilər.
Menyunuzu estetik və səmərəli şəkildə təqdim edərək müştərilərinizin diqqətini cəlb edin, onlara rahat seçim imkanı yaradın və vizual olaraq cəlbedici dizaynla müştəri təcrübəsini daha unikal və yaddaqalan edin. Digital Menu Board müştərilərinizi həm estetik, həm də funksional baxımdan heyran edəcək.
Texniki xarakteristikalar:
- Vizuallar: Cəlbedici və dinamik dizaynla məzmun təqdimatı
- İnteraktivlik: Rahat seçim etmək və menyu ilə asan əlaqə
- Effektiv idarəetmə: Məzmunun çevik və sürətli dəyişdirilməsi
- Yüksək keyfiyyətli ekran: Müxtəlif işıq şəraitlərində aydın və parlaq görüntü
- Əlverişlilik: Müxtəlif biznes sahələrinə uyğunlaşa bilən çevik və modul quruluş
Səhnə döşəmənizin qara və ya ağ rəngdə mat olması lazımdırsa, səhnəyə banner (fleksiyalı) döşəmə sala bilərsiz. Biz 440 qr/m2 keyfiyyətli banerlərdən istifadə edirik. Banerləri sərdikdən sonra ehtiyac olarsa onları stepler ilə bərkidə bilərik.
Kiçik konfrans zalları üçün akustik sistem. 30-a qədər iştirakçısı olan kiçik konfrans zalları üçün idealdır. Sistemə səs mikserləri, səs gücləndiricisi, əl mikrofonu və ştativ üzərində 400 vatt dinamik daxildir. Texniki personal konfransdan bir gün əvvəl sistemi qurur və tədbir zamanı onu idarə edir.
Orta miqyaslı konfranslar üçün səs sistemi.100 nəfərə qədər iştirakçısı olan orta konfrans zalı üçün idealdır. Sistemə ayaqlıq üzərində 400 və ya 500 vattlıq dinamik, lazım olarsa sabvufer, bundan əlavə səs mikseri, səs amplifikatı, əl mikrofonu daxildir. Texniki əməkdaşlar tədbirdən bir gün əvvəl sistemi qurur və tədbir zamanı idarə edir.
Tədbirləriniz üçün peşəkar rəqəmsal səsyazma avadanlığı. Həm tək, həm də çox kanallı rejimdə səs yazma üçün müxtəlif seçimlərimiz var. Tələbləriniz əsasında lazımi avadanlıqları təqdim edə bilərik.
Təqdimat və vokal çıxışlar üçün simsiz əl mikrofonu. Ən yaxşı markalardan mikrofonlarımız mövcuddur. Onlar konfranslar, qala ziyafətləri, musiqili tamaşalar üçün nəzərdə tutulmuşdur. Bizim həmçinin ən yüksək səviyyəli musiqili çıxışların tələblərini qarşılayacaq imkanlarımız var.
Stand Monitor reklam, məlumatlandırma və təqdimat məqsədli istifadələr üçün ideal bir həll olaraq təsvir olunur. Android və Windows platformalarını dəstəkləyən bu monitor istifadəçilərə effektiv vizual təqdimat imkanı yaradır. İdarəetmə çox rahatdır və məzmun dəyişiklikləri asanlıqla həyata keçirilir.
Texniki xarakteristikaları:
- Platforma dəstəyi: Android və Windows
- İdarəetmə: İstifadəçilərə çox rahat idarəetmə imkanı təmin edir
- Məzmun dəyişiklikləri: Çevik məzmun dəyişiklikləri etmək mümkündür
- Məqsəd: Reklam, məlumatlandırma, təqdimat üçün idealdir
Suflyor aparıcının tamaşaçılardan üz çevirmədən əsas ekranda təqdimatını görməyə imkan verən bir ekrandır. Bu, adətən, bir plazma ekran və ya LCD monitor ilə ya səhnənin qarşısında, otağın arxasında və ya iştirakçıların oturduğu hissənin yuxarısında quraşdırılır. Monitorun auditoriyaya yaxın yerləşdirilməsi məsləhətdir ki, aparıcı və ya natiqin diqqəti onlardan yayınmasın.
Suflyor qutusu qara və ya ağ rəngli təklif edilir. Bu Suflyor qutuları həmçinin brendinq edilə bilər.
Kiçik və orta otaqlar üçün nəzərdə tutulur. Xüsusi dizaynı var və məkanınızın daxili görünüşünə uyğun müxtəlif rəng çeşidləri mövcuddur. Ən çox istifadə edilən rəng bozdur. Kabin tədbir ərazisinə çatdırılır və yerində quraşdırılır.
Audio Video Avadanlıq icarəsi – ofis avadanlığı, elektrik avadanlığı, işıqlandırma və effekt qurğuları, LED ekranlar, seyflər, sinxron tərcümə avadanlığı, video qurğular və s.